• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əli Kərimlinin “yalan maşını”nın anormal iqtisadi müqayisəsi

Siyasət

25-03-2026, 10:58

“Azadlıq qəzeti”nin feysbuk səhifəsi Mərkəzi Bankın (MB) Statistika departamentinin direktoru Samir Nəsirovun mətbuata açıqlamasındakı fikirlərini konteksdən çıxararaq 2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsirinin 1,4 milyard dollar təşkil etməsi frazası üzərində manipulyasiya edərək bu vəziyyəti iqtisadi siyasətin biabırçı nəticəsi kimi təqdim etməyə çalışıb.

Sitat: “Dünyanin çox sürətlə irəlilədiyi şəraitdə Azərbaycandaki primitiv resurs iqtisadiyyati siyasəti ölkə iqtisadiyyatını batırır. Ötən il MDB məkanında ən az ÜDM artımı Azərbaycanda olub”.

“Qafqazinfo” xəbər verir ki, Faktyoxla bu iddiaya aydınlıq gətirib.

Əvvəlcə, qeyd edilən səhifənin tədiyyə balansının “1,4 milyard manatlıq kəsiri” ifadəsi üzərində yaratmaq istədiyi süni təşviş və spekulyasiyaya aydınlıq gətirək.

Bunun üçün “tədiyyə balansı” anlayışının qısa metodoloji izahını veririk. “Tədiyyə balansı” ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Sadə dillə desək, xarici ölkələrlə həyata keçirilmiş idxal və ixracın nəticəsində milli iqtisadiyyata daxil olan, eləcə də ölkədən xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbətin tablosudur. İqtisadiyyatda bu balans adətən 4 hissəyə bölünməklə ölçülür. Bura

- cari əməliyyatlar balansı,

- kapitalın hərəkət balansı,

- maliyyənin hərəkəti balansı

- ehtiyat aktivlər daxildir.

İndi isə 2025-ci ildə ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyərinə — tədiyyə balansının vəziyyətini əks etdirən rəqəmlərə və göstəricilərə diqqət edək. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 49 milyard 422 milyon dollar olub. Əmtəə mübadiləsinin 25 milyard dollardan çoxu ixracın, 24,3 milyard dolları idxalın payına düşüb. 663 milyon dollar xarici ticarət saldosu qeydə alınıb.

İstinad:

Eyni zamanda, xarici ticarət balansında neft-qaz sektoru üzrə 18.1 milyard dollar həcmində profisit qeydə alınmaqla, qeyri-neft-qaz sektoru üzrə 11,7 milyard dollar həcmində kəsiri bağlayıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 6,4 milyard dollar həcmində profisit yaranıb. (Mərkəzi Bank. 2025-ci il üzrə Tədiyə balansı. Səh 9-10).

Həmçinin, ötən il tədiyyə balansının əsas indikartoru olan cari əməliyyatlar balansında 3,5 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar təşkil edib. Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 4,6 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində yalnız ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1,4 milyard azalıb. “Azadlıq qəzeti” feysbuk səhifəsi də məhz bu göstəricidən bərk yapışaraq ölkəmizin beynəlxalq ticari balansı və yaxud tədiyyə balansında kəsirin qeydə alınmasını “anormal iqtisadi siyasət” kimi təqdim etməyə çalışıb.

Sözsüz ki, iqtisadi savadsızlıqdan çox cılız, qərəzli və təxribatçı düşüncələri ilə tanınan bu səhifə növbəti dəfə özünü rüsvay edib. Rəqəmlərdən də aydın olur ki, dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsində 1,4 milyard dollar kəsir yaransa da, ölkənin strateji valyuta aktivləri 14,1 milyard dollar artaraq 85,1 milyard dollara çatıb. (Mərkəzi Bank. 2025-ci il üzrə Tədiyə balansı. Səh 8).

Yeri gəlmişkən, Mərkəzi Bankın departament direktoru Samir Nəsirovun mətbuat konfransında açıqlamasında da 2025-ci il üzrə ölkəmizin xalis xarici maliyyə aktivlərinin 5,4 milyard dollar artmasınının formalaşma mənbələrini bənd-bənd qeyd edib. Belə ki, həmin göstəricinin strukturunda xaricə yönəldilmiş birbaşa investisiyalar (0,9 milyard dollar), portfel investisiyaları (1,9 milyard dollar) və digər investisiyalar (2,6 milyard dollar) olub. Ölkəmizin birbaşa xalis xarici maliyyə öhdəlikləri isə 398,9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar, neft bonusu, portfel investisiyaları və digər investisiyalar hesabına formalaşıb. Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismən yaxşılaşıb. istinad

Göründüyü kimi tədiyyə balansının kapital və maliyyənin hərəkəti balansında da müsbət dinamika qeydə alınıb, xidmətlər balansı da ümidverici olub. bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların müsbət saldosu 742 milyon dolları ötüb. 2025-ci il üzrə ölkəmizin xalis xarici maliyyə aktivlərinin 5,4 milyard dollar artması ilə bərabər, balansın digər göstəricisi olan birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 910,2 milyon dollar artıbdır.

Beləliklə, ötən il Azərbaycanın xarici sektor göstəriciləri, eləcə də daxili maliyyə resursları, Azərbaycan iqtisadiyyatının inkişaf tempi də kifayət qədər qənaətbəxş olub. Ötən il ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 602,2 manata çatıb.

Bu, möhkəm sabitlik və inkişaf indikatorları geosiyasi risklərin və aşağı neft qiymətləri (65 dollar) fonunda Hökumətin yürütdüyü iqtisadi siyasətin uğurlarını nümayiş etdirir.

“Azadlıq qəzeti” “Facebook” səhifəsinin 2025-ci ildə MDB məkanında ən az ÜDM artımının Azərbaycanda qeydə alınması barədə saxta məlumatına da toxunaq.

Statistik məlumatlara görə, ötən il MDB ölkələri sırasında ÜDM-in ən az istehsal edildiyi ölkə Rusiya və Belarus olub. mənbə

Yekun olaraq:

“Azadlıq qəzeti”nin feysbuk səhifəsinin anlamadığı mövzudan bəhs edərək gülünc fərziyyələr irəli sürməsi bir daha belə səhifə və “media orqanında” çalışanların savadsızlığını, iddia irəli sürülən hansısa sahə haqqında məlumatsızlığını və heç bir əsası olmayan məlumat əsasında manipulyasiya ilə məşğul olduğunu əks etdirir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

24-03-2026, 16:29

Regionlar dayanıqlı inkişafa və yeni iqtisadi mərhələyə qədəm qoyur

Cəmiyyət

20-03-2026, 11:27

“Sabit və ədalətli əməkhaqqı sistemi dövlət qulluqçusunda sabaha inam yaradır”

Dünya

20-03-2026, 11:18

ABŞ Körfəz ölkələrinə 16 milyardlıq silah satdı

Gündəm / Cəmiyyət

24-03-2026, 18:42

Qobu kəndində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Çingiz Parkı” açıldı

Gündəm / Cəmiyyət

19-03-2026, 11:10

200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
6-11-2026, 10:58
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
4-11-2026, 10:55
“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
3-11-2026, 09:36
18 yaşlı müştəri kafe sahibini bıçaqladı
30-10-2026, 12:17
Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
27-10-2026, 10:37
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
27-10-2026, 10:24
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...
Son xəbərlər
  • Сегодня, 10:06
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • Сегодня, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • Сегодня, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • Сегодня, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • Вчера, 12:08
    Prezident polşalı həmkarına məktub göndərdi
  • Вчера, 12:03
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Вчера, 11:59
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib
  • Вчера, 11:55
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Вчера, 11:51
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Вчера, 11:45
    Paşinyan Fransaya getdi
  • Вчера, 11:41
    Bu baş versə, tarixin ən bahalı boşanması olacaq
  • Вчера, 11:18
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Вчера, 10:58
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • 9-11-2026, 13:11
    Bayraq Günümüzə sözardı...
  • 9-11-2026, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • 9-11-2026, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • 9-11-2026, 11:29
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • 9-11-2026, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • 9-11-2026, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • 9-11-2026, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • 9-11-2026, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • 9-11-2026, 10:41
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • 8-11-2026, 12:33
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • 8-11-2026, 12:25
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • 8-11-2026, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • 8-11-2026, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • 8-11-2026, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • 8-11-2026, 12:00
    Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb
  • 8-11-2026, 11:55
    “Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
  • 8-11-2026, 11:50
    Hamımızın yumruq olduğu gündür!
  • 7-11-2026, 17:31
    “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
  • 7-11-2026, 17:09
    Xankəndi Stadionu açıldı
  • 7-11-2026, 16:13
    8 NOYABR – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 15:42
    BAŞ DAŞLARINI QEYRƏT AĞACITƏK UCALDANLARIN HEKAYƏSİ – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə