• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BİR ALİM-AYDININ ÖMÜR ATLASI

Gündəm / Mədəniyyət

24-07-2026, 10:56

Obrazlı ifadə etsəm, mənəvi yaddaşımızın və elmi irsimizin qoruyucuları olan alim-aydınların keçdiyi yol onların elmi axtarışlarını, düşüncə zənginliyini və zaman-zaman topladıqları təcrübəni əks etdirən dolğun bir atlasdır. Bu atlasın koordinatları elmi təfəkkürün inkişafını, peşəkarlığın formalaşmasını və cəmiyyətə xidmət missiyasını özündə ehtiva edir. Belə şəxsiyyətlərdən biri də 65 illik ömür yolunu zəngin elmi-pedaqoji fəaliyyəti, iqtisad elminə verdiyi töhfələr və yetişdirdiyi mütəxəssislərlə mənalandıran iqtisadçı alim Mənsur Bərxudarovdur.

Onun elmi irsi, tədqiqatları və pedaqoji fəaliyyəti müasir iqtisadi proseslərin elmi əsaslarla öyrənilməsinə, iqtisadçı kadrların hazırlanmasına və elmi düşüncənin inkişafına mühüm töhfə verməkdədir. Alimin formalaşdırdığı elmi baxışlar və peşəkar prinsiplər aktuallığı iləı həm tədqiqatçılar, həm də tələbələr üçün dəyərli istinad mənbəyi kimi çıxış edir.

Altmış beş illik yubiley həm də elmi fəaliyyəti ilə cəmiyyətə nümunə olan bir ziyalının xidmətlərini dəyərləndirmək baxımından əlamətdar hadisədir. Fədakar alim əməyinin, elmi məsuliyyətin və vətənə xidmət ideyasının parlaq təcəssümünü bir daha görmək deməkdir.

Mənsur müəllimin şəxsiyyətinin kökləri Azərbaycan ziyalılıq ənənələrinin yaşadıldığı bir ailə mühitinə bağlıdır. Atası, ixtisasca pedaqoq və ədəbiyyatçı olan İsa müəllim uzun illər məktəb direktoru kimi maarifçilik missiyasını ləyaqətlə yerinə yetirmiş, neçə-neçə nəslin təlim-tərbiyəsində əvəzsiz xidmətlər göstərmişdir. Məktəbi idarə etmək onun üçün yalnız vəzifə deyil, mənəvi borc idi. O, gənclərə yalnız elm öyrətmir, həm də şəxsiyyət olmağın yollarını göstərirdi. Belə bir ziyalı ocağında böyüyən Mənsur müəllim də uşaqlıqdan kitaba, elmə, sözə və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşmışdır.

Təəccüblü deyil ki, iqtisad elminin rasional təfəkkürü ilə məşğul olan Mənsur müəllimin qəlbində poeziyaya sonsuz sevgi yaşayır. Görünür, bu sevginin kökləri atasının ədəbiyyatçı dünyagörüşündən, evlərində hökm sürən kitab və söz mühitindən qidalanmışdır. Çünki poeziya insanın duyğularını saflaşdırır, elm isə düşüncəsini kamilləşdirir. Mənsur müəllimin şəxsiyyətində bu iki başlanğıc – ağıl və qəlb, təfəkkür və hiss, elm və söz – təbii bir vəhdət təşkil edir. Elə buna görə də onun alim obrazı yalnız peşəkar iqtisadçının deyil, həm də zəngin mənəviyyata malik ziyalının obrazıdır.

Axı, Azərbaycan ziyalılarının ən gözəl xüsusiyyətlərindən biri həmişə elmə bağlılığı mənəviyyatla, peşəkarlığı vətən sevgisi ilə, yüksək intellekti isə sadəlik və təvazökarlıqla birləşdirmələri olmuşdur. Cəmiyyətin inkişafında məhz belə şəxsiyyətlər aparıcı qüvvəyə çevrilmiş, öz həyat və fəaliyyətləri ilə gələcək nəsillərə örnək olmuşlar. Onların hər biri bir məktəb, bir həyat fəlsəfəsi, bir mənəviyyat nümunəsidir. Tanınmış iqtisadçı alim, bacarıqlı təşkilatçı, vətənsevər ziyalı, yüksək mənəvi keyfiyyətləri ilə seçilən Mənsur müəllim də belə ziyalılardandır.

Onu yaxından tanıyanların yaddaşında Mənsur müəllim ilk növbədə səmimiyyəti, təvazökarlığı, sədaqəti və etibarlılığı ilə yaşayır. O, dostluğu ömrün mənəvi sərvəti hesab edən, çətin gündə dostunun yanında olmağı insanlıq borcu sayan insanlardandır. Vicdanı onun həyatının ən dəqiq meyarı, imanı isə mənəvi dayaq nöqtəsidir. Bu xüsusiyyətlər onu yalnız hörmət edilən alimə deyil, həm də sevilən insana çevirmişdir.

Düşünürəm ki, bu yazı 65 illik bir ömrün sadəcə bioqrafiyası deyil. Bu, zəhmətin ucaltdığı, elmin zənginləşdirdiyi, mənəviyyatın kamilləşdirdiyi və Vətən sevgisinin mənalandırdığı bir ziyalının portret cizgiləridir. İllərin işığında aydın görünən bu portret, əslində, Azərbaycan aydınının ən gözəl keyfiyyətlərini özündə yaşadan bir insanın həyat fəlsəfəsinin bədii-publisistik ifadəsidir.

Onun həyat fəlsəfəsi sadə, lakin dərin məzmunludur: xaliqə sevgi, xilqətə mərhəmət, Vətənə sədaqət, elmə və insana xidmət. Bu ali prinsiplər onun xarakterini, dünyagörüşünü və həyat amalını müəyyənləşdirən mənəvi sütunlardır.

Mənsur müəllim dövlətçilik dəyərlərinə bağlılığı, türk dünyasının mənəvi birliyinə inamı, azərbaycançılıq ideologiyasına sədaqəti ilə müasir Azərbaycan ziyalısının ən parlaq simalarından biridir. O, elmi həm də milli məsuliyyət kimi qəbul edən alimlər nəslinin nümayəndəsidir.

1961-ci il iyulun 23-də qədim Qarabağ düzünün bərəkətli guşələrindən biri olan Yevlax rayonunun Aşağı Qarxun kəndində dünyaya gələn Mənsur Bərxudarov zəhmətin, halal əməyin və milli-mənəvi dəyərlərin hökm sürdüyü bir mühitdə böyümüşdür.

Hələ məktəb illərində seçilən çalışqanlığı, yüksək intellekti və mütaliəyə sonsuz marağı onun gələcək taleyinin elm yolu olacağını göstərirdi.

Aşağı Qarxun kənd məktəbində başlayan təhsil yolu sonradan Yevlax şəhər 1 nömrəli orta məktəbində davam etmiş, 1982-ci ildə isə onu keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri olan T. Şevçenko adına Kiyev Dövlət Universitetinə aparmışdır. Kiyevdə aldığı fundamental təhsil Mənsur Bərxudarovun elmi dünyagörüşünün formalaşmasında, beynəlxalq iqtisadi münasibətlərə dair baxışlarının zənginləşməsində mühüm rol oynamışdır.

Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində əmək fəaliyyətinə başlayan gənc alim qısa müddətdə öz intellekti və peşəkarlığı ilə diqqəti cəlb etmişdir. Sonrakı illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alması onun elmi axtarışlarını daha da dərinləşdirmişdir.

1992-ci ildən etibarən taleyini Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlayan Mənsur müəllim burada baş müəllim, dosent, professor kimi fəaliyyət göstərmiş, minlərlə tələbənin iqtisadçı kimi formalaşmasında müstəsna rol oynamışdır.

2003-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini qazanması uzun illərin zəhmətinin məntiqi nəticəsi idi. Bu gün isə o, qloballaşan dünyanın çağırışlarına cavab verən mühüm elmi problemlərə həsr olunmuş doktorluq dissertasiyası üzərində çalışır.

Elmi potensialı ilə yanaşı, Mənsur Bərxudarov müasir universitet idarəçiliyində də öz sözünü demiş rəhbərlərdən biridir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı kimi fəaliyyəti dövründə tədris prosesinin müasirləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və tələbəyönümlü idarəetmə modelinin formalaşdırılması istiqamətində mühüm işlər görmüşdür.

Hazırda UNEC-in Rus dilində Tədris Mərkəzinin direktoru, "İqtisadiyyat" kafedrasının professoru və Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri kimi ölkənin ali təhsil sistemində yeni yanaşmaların tətbiqinə mühüm töhfələr verir.

Mənsur müəllimin elmi fəaliyyəti çoxdan milli sərhədləri aşmışdır.

Rusiya, Ukrayna, Almaniya, Yunanıstan, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və bir sıra digər ölkələrdə keçirilən beynəlxalq forum və konfranslarda Azərbaycan elmini uğurla təmsil etmişdir.

Onun tədqiqatlarının əsas istiqaməti qloballaşma şəraitində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xarici iqtisadi inkişafı, regional inteqrasiya və beynəlxalq əməkdaşlığın yeni iqtisadi modelləridir.

İqtisadi proseslərə obyektiv və analitik yanaşması onu ölkənin aparıcı ekspertlərindən birinə çevirmişdir. Mətbuatda, televiziya kanallarında və elmi platformalarda çıxışları geniş maraq doğurur, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Mənsur Bərxudarov şəxsiyyətində əsl ziyalı fenomeni yaşadan alimlərdəndir.

Onu yaxından tanıyanların hamısı ilk növbədə sadəliyindən, səmimiyyətindən, təvazökarlığından, insanlara diqqətindən, dostluğa sədaqətindən danışırlar.

O, gənclərə yalnız bilik vermir, onlara milli düşüncə, vətənpərvərlik, dövlətçilik təfəkkürü, yüksək əxlaq və mənəvi məsuliyyət aşılayır.

Belə müəllimlər universitet bitirdikdən sonra da tələbələrinin yaddaşında yaşayırlar.

Altmış beş illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, Mənsur Bərxudarov bu illəri mənalı yaşayıb. Bu ömürdə zəhmət, elm, vətən sevgisi, dostluq, insan sevgisi və yüzlərlə elmi məqalə, minlərlə tələbə, beynəlxalq nüfuz, milli maraqlara sədaqət, ziyalılıq məsuliyyəti var. Bu yubiley təkcə bir alimin doğum günü deyil. Bu, Azərbaycan ziyalısının elmə sədaqətinin, müəllim adına ehtiramın, dövlətə xidmət fəlsəfəsinin bayramıdır.

Hər nəyin, hər nəyin zirvəsi varsa,

Ömrün yaş zirvəsi bəlkə də, yoxdur.

Fəslin bahar, payız cilvəsi varsa,

Ürəkdə çağlayan arzular çoxdur…

Batman kişilərin üzü nurludur,

Yazı nəğməlidur, qışı nağıldır.

Durustlər kəlməsi, sözü dürlüdür,

Əxlaq hüsniyyəti kamal - ağıldır.

Zaman xərcləmisən gör neçə ilik,

Geriyə baxanda doğurur qürur...

Tapdıq Əlibəyli söyləyir təbrik,

Tanrı yazan ömrü gözüdolu sür!

Əziz Mənsur müəllim, Sizin ömür yolunuz elmə sədaqətin, müəllim adına ucalığın və insanlığa xidmətin parlaq nümunəsidir.

Arzu edirik ki, ömrünüzün bundan sonrakı illəri də yeni elmi nailiyyətlərlə, uğurlu layihələrlə, sağlamlıq, ailə səadəti və mənəvi rahatlıqla müşayiət olunsun.

65 yaşınız qutlu olsun olsun, dəyərli aydınımız Mənsur İsa oğlu Bərxudarov!

Qoy ömrünüzün hər yeni səhifəsi xalqımıza, dövlətimizə və Azərbaycan elminə xidmətlə daha da zənginləşsin.

Tapdıq ƏLİBƏYLİ

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

20-05-2026, 14:41

Damarlarında alicənablıq qanı axan ziyalı...

Gündəm

30-06-2026, 16:27

KÖK SALAN BİR ÇİNAR və yaxud İSMAYILLI TƏHSİLİNİN CANLI SALNAMƏSİ

Gündəm

23-07-2026, 13:43

“Dəyişən dünyanın dəyişməz insanları” layihəsində

Gündəm

18-05-2026, 17:50

Fədakar müəllim ömrü

Gündəm / Siyasət

18-06-2026, 16:01

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Сегодня, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Сегодня, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Сегодня, 11:08
    FHN təlim keçirdi
  • Сегодня, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Сегодня, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Сегодня, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Сегодня, 10:38
    Nazirdən daha bir təyinat
  • Сегодня, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Вчера, 10:06
    Bəzi yollarda tıxac var
  • Вчера, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Вчера, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Вчера, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Вчера, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Вчера, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Вчера, 09:31
    Putin Hindistandadır - Video
  • Вчера, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:50
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:12
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:39
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:35
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə