• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində

Gündəm / Siyasət

14-08-2026, 10:51

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Avropanın bir sıra media qurumları dövlət başçısının Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək və Avropa bazarına çıxmaq niyyəti barədə fikirlərinə geniş yer verib.

Çexiya Dövlət Televiziyası - ČT24, Bolqarıstanın “Banker”, “3E-News”, Bosniya və Herseqovinanın Serb Respublikasının Xəbər Agentliyi (SRNA) və “Provjereno.info”, Ukraynanın maliyyə və biznes sahəsində yayımlanan “Fixygen.ua” və “Open4Business” nəşrləri, Yunanıstanın Dövlət Yayım Korporasiyası (ERT News), iqtisadiyyat və biznes sahəsində xəbərlər yayan “Oikonomikos Tachydromos” (Ot.gr) nəşrlərinin materiallarında Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyəti diqqətə çatdırılıb. Xəbərlərdə mövcud elektrik bağlantılarının Gürcüstan və Türkiyə üzərindən keçdiyi, gələcəkdə isə yeni ötürmə xətlərinin və sualtı kabel layihələrinin imkanların genişləndirilməsinə xidmət edəcəyi bildirilir.

Xarici media Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə bilməsi və Azərbaycandan Naxçıvana Ermənistan üzərindən elektrik xəttinin çəkilməsi ilə bağlı açıqlamalarını da geniş işıqlandırıb. Bu mövzuya əsasən Səudiyyə Ərəbistanında yayımlanan və Yaxın Şərqin aparıcı ingilis dilli nəşrlərindən olan “Arab News” nəşri, habelə “Ahval.sa” portalı, Bolqarıstanın Dövlət İnformasiya Agentliyi (BTA), “Novini247.bg”, “Fakti.bg” nəşrləri, Fransada maliyyə və iqtisadiyyat sahələrində aparıcı nəşrlərdən olan “Boursorama.com” portalı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Nabd” xəbər platforması, Rusiyanın “RusCable.ru”, “Russia Today” kanalının ərəbdilli versiyası, “The Moscow Times”, “News.ru”, Dünya Enerji İcmalı (MEO.ru) kimi media qurumları diqqət ayırıb. Məqalələrdə dövlət başçısının Ermənistandan keçməklə Naxçıvana elektrik xəttinin (LEP) çəkilməsi layihəsinin artıq hazır olması barədə açıqlaması diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin bu xəttin hətta böhran vəziyyətlərində Ermənistanın enerji sisteminin sabitliyinə də kömək edə və bu ölkəyə elektrik enerjisi təminatı yarada biləcəyi fikri xüsusi vurğulanıb.

İranın “Tasnim”, “Mashregh News”, “Akharin Khabar” agentliklərinin materiallarında isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi və İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısı ilə bağlı fikirləri ön plana çəkilib. Məqalələrdə bu nəqliyyat əlaqələrinin Azərbaycanın prioritetləri sırasında olduğu qeyd edilir. Rusiyanın “Ritm Eurasia” nəşri də Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilə biləcəyinə dair fikirlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər qonşu Gürcüstan mediası tərəfindən xüsusilə diqqətdə saxlanılır. Dövlət başçısının Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyi barədə fikirləri Gürcüstanın “Interpress News” və “News Hub” portalları tərəfindən geniş işıqlandırılıb. Bu xəbərlərdə Azərbaycan Prezidentinin Ermənistandakı köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı xəbərdarlığına yer verilib. Gürcüstan nəşrləri Prezident İlham Əliyevin stansiyanın köhnəldiyi və bütün regiona böyük ekoloji və təhlükəsizlik riski yaratdığı üçün tezliklə bağlanmalı olduğu barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

Gürcüstan “1TV.ge”, “Resonance Daily”, “Prime Time”, “Bizzone.info”, “Sputnik Georgia” nəşrlərinin materiallarında dövlət başçısının Azərbaycanın Avropaya elektrik enerjisi ixracında Gürcüstan və Türkiyə ərazisindəki mövcud marşrutun əhəmiyyəti, habelə regiondakı nəqliyyat və enerji əlaqələri ilə bağlı fikirləri diqqətə çatdırılıb.

Bu ölkənin “JAM News” nəşri isə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsinə dair daha geniş icmal təqdim edib. Materialda Naxçıvanda sənaye parkının yaradılması, Günəş və istilik elektrik stansiyaları, regionun enerji potensialı, Zəngəzur dəhlizi, nəqliyyat infrastrukturu və Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilməsi perspektivləri əksini tapıb.

Rusiyanın “Interfax”, “Kommersant”, “RIA Novosti”, “The Moscow Times”, “News.ru”, “RusCable” və “Vestnik Kavkaza” kimi media qurumlarının materiallarında əsasən dövlət başçısının elektrik enerjisinin ixracı, Azərbaycan-Naxçıvan elektrik bağlantısı, regional nəqliyyat layihələri və Azərbaycanın Avropa enerji bazarında rolunu genişləndirmək niyyəti ilə bağlı açıqlamalarına yer verilib.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın enerji ixracı, Naxçıvanın enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizi və regional əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media məkanında geniş əks-səda doğurmaqda davam edir.





Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-06-2026, 16:01

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib

Gündəm / Siyasət

18-06-2026, 18:19

İlham Əliyev Bakıda açılış mərasimində

Gündəm / Siyasət

13-08-2026, 12:30

Naxçıvan: yeni strateji inkişaf məkanı

Cəmiyyət

4-06-2026, 14:45

Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı

Gündəm / İqtisadiyyat

13-07-2026, 10:33

“Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatımızın əsas dayağı olmalıdır”

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Сегодня, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Сегодня, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Сегодня, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Сегодня, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Сегодня, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Сегодня, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Сегодня, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Сегодня, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Сегодня, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • Вчера, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Вчера, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Вчера, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Вчера, 11:08
    FHN təlim keçirdi
  • Вчера, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Вчера, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Вчера, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Вчера, 10:38
    Nazirdən daha bir təyinat
  • Вчера, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə