• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...

Gündəm

5-09-2026, 20:45

Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri son aylar diqqət mərkəzindədir. Paytaxt Bakının aparıcı rayonlarından biri olan Nəsimidə sosial-iqtisadi inkişaf perspektivləri həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində özünü göstərməkdədir. İnkişaf strategiyasında məqsəd təkcə infrastrukturu yeniləmək deyil, Nəsimini
paytaxtın “yaşamaq üçün nümunəvi, rahat, abad rayonu”na çevirmək, vətəndaş məmnunluğu qazanmaqdır.
Rayonun icra başçısı Tahir Budaqovun göstərişi ilə əsad diqqət rayondakı sosial layihələrə, şəhid, qazi və aztəminatlı ailələrə göstərilən müntəzəm yardımlara, həmçinin genişmiqyaslı abadlıq-quruculuq işlərinə yönəldilir. Həmçinin onun fəaliyyətində seçilən məsələlərdən biri vətəndaş müraciətlərinə operativ baxılmasıdır. Qəbul günləri, səyyar görüşlər və onlayn müraciət kanalları vasitəsilə sakinlərin problemləri yerindəcə həll olunur, mütəmadi görüşlər keçirilir. Aşağı gəlirli ailələrə, həssas təbəqə sakinlərinə, şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir, sosial yardım və məşğulluq proqramları genişləndirilir .Bununla yanaşı, rayonun bir sıra küçə və prospektlərində, məhəllədaxili yollarda geniş abadlıq işləri aparılıb. Sıradan çıxmış asfalt örtüklər yeniləri ilə əvəz olunub, piyada səkiləri, işıqlandırma sistemi və yaşıllıq zolaqları müasir standartlara uyğunlaşdırılıb. Yaşayış binalarının ətrafında salınan uşaq meydançaları, idman qurğuları və istirahət guşələri rayonun demək olar ki, bütün məhəllələrini əhatə edərək vətəndaş məmnunluğu yaradır.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, son aylar çərçivəsində rayonun müxtəlif ərazilərində yararsız vəziyyətə düşmüş asfalt örtüyü bərpa edilib, S.Rəhimov və A.Bakıxanov küçələrində asfaltlama işləri həyata keçirilib.
Hazırda C.Məmmədquluzadə küçəsində hasarlar və istinad divarlarında aparılan bərpa işləri yekunlaşmaq üzrədir. Füzuli döngəsi 11B, Azadlıq prospekti 95 və Səməd Vurğun küçəsi 46 ünvanlarında yerləşən yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılmış monitorinqlər nəticəsində rayon ərazisində müəyyənləşdirilmiş 200-dən artıq inkişafını dayandırmış, qəzalı vəziyyətdə olan və təhlükə yaradan ağac Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyləri əsasında kəsilərək ərazidən götürülür, kəsilmiş ağacların yerinə müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək ərazidə genişmiqyaslı abadlıq işləri aparılır.
Nəsimi bələdiyyəsi tərəfindən də rayonun müxtəlif ərazilərində abadlıq və təmir-bərpa layihələri həyata keçirilir. Bu çərçivədə Xətai prospekti 38, Alı Mustafayev küçəsi 6, 15, 17, Azadlıq prospekti 125, Dilarə Əliyeva küçəsi 175 ünvanlarında təmir-bərpa və asfaltlama işləri aparılıb, Azadlıq prospekti 125 ünvanında isə yeni söhbətgah istifadəyə verilib.
Rayonun memarlıq simasının qorunması və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son üç ayda A.Bakıxanov küçəsi 7 və 16, Azadlıq prospekti 81, 82 və 87A, Akademik Həsən Əliyev küçəsi 10/61, Moskva prospekti 96, Q.Quliyev küçəsi 38 və 131, Vaqif prospekti 3, M.Qaşqay küçəsi 61, S.Əsgərova küçəsi 213, Nizami küçəsi 91, S.Rəhimov küçəsi 150, 152, 154, 156, 158, 163 və 167, R.Behbudov küçəsi 16/18, Ş.Əzizbəyov küçəsi 157 və Bülbül prospekti 47 ünvanlarında yerləşən yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir olunub.
Bundan əlavə, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində qaz, su, kanalizasiya və elektrik təsərrüfatında köhnəlmiş kommunikasiya xətləri mərhələli şəkildə yenilənir. Park və yaşıllıq ərazilərində yararsız vəziyyətə düşmüş oturacaqlar təmir olunur, tamet örtükləri yenilənir, müasir tipli tullantı konteynerləri quraşdırılır, sanitariya-təmizlik işləri aparılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, küçə və məhəllələr asfaltlanır, yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir edilir.
Son illər rayonda məktəblərin və bağçaların maddi-texniki bazası gücləndirilib. Gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif klublar, kitabxanalar və mədəni tədbirlər təşkil olunur. Rayon gənclərinin idmana, elmə və könüllülük hərəkatına cəlb olunması üçün mütəmadi layihələr həyata keçirilir. Bu da Nəsimi rayonunu yaşlı nəsillə bərabər gənc nəslin fəal olduğu rayona çevirib.

Rayon daxilində qanunsuz işlərə də sərt tədbirlər görülür. Bu məqsədlə yaşıllıqların artırılması, qanunsuz tikintilərə qarşı mübarizə və ekoloji təmizlik işləri Nəsimi rayonun abadlığına xidmət edir. Parkların və xiyabanların yenidənqurulması, ağacəkmə aksiyaları rayonu daha nəfəsli və mənzərəli edib.

Qeyd edək ki, Nəsimi rayonunda abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlər hazırda da planlı şəkildə davam etdirilir. Məqsəd rayonun daha abad, daha rahat və daha inkişaf etmiş modelini yaratmaqdır.

ATATV.AZ saytının təsisçisi və baş redaktoru Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-08-2026, 12:41

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası

Gündəm / Siyasət

18-06-2026, 16:01

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib

Gündəm / Siyasət

18-06-2026, 18:19

İlham Əliyev Bakıda açılış mərasimində

Gündəm / Siyasət

26-08-2026, 11:21

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Gündəm

12-06-2026, 15:38

QƏHRƏMANLAR DANIŞIR...

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Сегодня, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Сегодня, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Сегодня, 11:08
    FHN təlim keçirdi
  • Сегодня, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Сегодня, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Сегодня, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Сегодня, 10:38
    Nazirdən daha bir təyinat
  • Сегодня, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Вчера, 10:06
    Bəzi yollarda tıxac var
  • Вчера, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Вчера, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Вчера, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Вчера, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Вчера, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Вчера, 09:31
    Putin Hindistandadır - Video
  • Вчера, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:50
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:12
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:39
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:35
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə