• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nadanlığın da bir həddi var, yaxud itin adı niyə Mehdi oldu?

Gündəm

Вчера, 21:14


Nadanlığın da bir həddi var. Məsuliyyətsizliyin də. Xüsusilə söhbət uşaqlar üçün hazırlanmış tədris vəsaitindən gedirsə, bu hədd daha da aydın olmalıdır. Amma görünür, bizdə bəziləri üçün kitab yazmaq da, kitab çap etmək də o qədər adiləşib ki, artıq orada hansı sözün, hansı adın, hansı mənanın yer aldığını düşünməyə ehtiyac qalmayıb.
“Pak Xəbər” TikTok kanalında yayılan videoda iddia edilir ki, ( https://www.tiktok.com/@pakxeber/video/7686723665056091399?q=pak%20x%C9%99b%C9%99r&t=1790039236098)
9–10-cu siniflər üçün nəzərdə tutulan İngilis dili əlavə vəsaitində yer alan mətn sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. 2025-ci ildə “Azəri Poliqrafiya” nəşriyyatında çap olunan vəsaitin 56-cı səhifəsindəki 4-cü çalışmada 42 yaşlı Hüseyn adlı çobandan və onun Mehdi adlı itindən bəhs edilir. Mətnə görə Hüseyn iti ilə ova gedir, Mehdi dovşanı gətirir, sonra da Hüseyn itin başını sığallayır.
İlk baxışdan bunu adi bir dil tapşırığı kimi təqdim etmək olar. Amma məsələnin mahiyyəti məhz bundan ibarətdir: itin adını niyə məhz Mehdi qoyublar?
Azərbaycan dilində itin adı üçün yüzlərlə seçim var. Alabaş var, Toplan var, Çapar var, Duman var, Bozdar var, Qarabaş var. Ədəbiyyatda, folklorda, gündəlik həyatda it adlarının saysız-hesabsız nümunəsi mövcuddur. İngilis dili öyrətmək üçün hazırlanmış bir çalışmada müəlliflərin qarşısında istənilən adı seçmək imkanı olduğu halda, niyə məhz Mehdi?
Üstəlik, söhbət bir dəfə adı çəkilən təsadüfi obrazdan getmir. Mətnin süjetində Hüseyn adlı çoban və Mehti adlı iti birlikdə ova gedirlər. İt dovşanı gətirir və sonra Hüseyn itin başını sığallayır. Yəni ad mətnin əsas obrazlarından birinə verilib və həmin obrazın davranışı da ayrıca təsvir olunur.
İndi müəlliflərdən soruşmaq lazımdır: Bu adı seçərkən nə düşünürdünüz?
Əgər cavab “təsadüf idi”sə, onda növbəti sual ortaya çıxır: belə “təsadüf” redaktordan, nəşriyyatdan və digər nəzarət mərhələlərindən necə keçib? Əgər müəlliflər bunu fərq etməyiblərsə, bu, ciddi peşəkar məsuliyyətsizlikdir. Əgər fərq ediblərsə, amma problem görməyiblərsə, bu, artıq başqa xarakterli məsələdir.
Çünki söhbət müəllifin evdə oturub yazdığı və heç kimin görmədiyi şəxsi qaralama mətndən getmir. Söhbət şagirdlər üçün nəzərdə tutulmuş, müəlliflərinin adı altında təqdim olunan və nəşriyyat tərəfindən çap edilən bir vəsaitdən gedir. Belə bir vəsaitin işıq üzü görməsi bir neçə mərhələdən keçir. Mətn yazılır, redaktə olunur, yoxlanılır, nəşrə hazırlanır və yalnız bundan sonra çap edilir.
Çap maşınına göndərilən hər mətn olduğu kimi kağıza köçürülməməlidir. Nəşriyyatın işi yalnız mürəkkəbi kağıza vurmaq deyil. Nəşriyyat həm də çap etdiyi məhsulun məzmununa, xüsusilə məktəb vəsaitinin keyfiyyətinə və uyğunluğuna görə məsuliyyət daşımalıdır.
Əgər redaktor bu mətni görüb və heç bir problem görməyibsə, bu, redaktə işinin səviyyəsi haqqında ciddi sual yaradır. Görməyibsə, daha böyük problem var. Hər iki halda ortada cavablandırılmalı məsələ dayanır.
Bəs müəlliflər nə düşünüblər? Bəs redaktor nə düşünüb? Bəs nəşriyyat nə düşünüb? Yoxsa ümumiyyətlə düşünən olmayıb?
Məsələni “tərcümə xətasıdır” deyib yüngülləşdirmək də mümkün deyil. Tərcümə xətası bir sözün yanlış çevrilməsidir. Burada isə söhbət bütöv bir mətnin hazırlanmasından, obrazların yaradılmasından, adların seçilməsindən və həmin mətnin tədris vəsaitinin səhifəsinə yerləşdirilməsindən gedir. Ona görə də bunu sıradan bir texniki xəta kimi təqdim etmək məsələnin mahiyyətini kiçiltməkdir.
Daha bir ehtimalı da cəmiyyətin soruşmağa haqqı var: Bu mətn müəlliflərin öz seçimi olub, yoxsa hansısa sifariş, tapşırıq və ya başqa göstəriş əsasında hazırlanıb?
Burada heç kəsi sübutsuz şəkildə hansısa sifarişin icraçısı elan etmək fikrində deyilik. Əksinə, məhz buna görə məsələnin araşdırılmasını istəyirik. Çünki cavabsız suallar çoxaldıqca şübhələr də artır.
Əgər ortada heç bir məqsəd yoxdursa, bunu müəyyənləşdirmək çətin olmamalıdır. Mətnin ilkin variantı varmı? Kim hazırlayıb? Kim redaktə edib? Kim təsdiqləyib? Müəlliflərə bu adların seçilməsi ilə bağlı hər hansı göstəriş verilibmi? Nəşriyyatın redaksiya mərhələsində mətnə dəyişiklik edilibmi? Bu adlar məhz müəlliflər tərəfindən seçilib, yoxsa sonradan əlavə olunub?
Bunların hamısı adi və legitim suallardır. Çünki söhbət məktəb vəsaitindən gedir. Məktəb vəsaiti isə cəmiyyətin ən həssas auditoriyasına — uşaqlara təqdim olunur.
Burada məsələnin milli-mənəvi tərəfi də var. Azərbaycan xalqı əsrlər boyu öz mənəvi dəyərlərini, dini inanclarını və tarixi yaddaşını adlarda da yaşadıb. Hüseyn və Mehdi kimi adlar Azərbaycan ailələrində təsadüfi səslənən sözlər deyil. Bu adların arxasında tarixi yaddaş, dini-mənəvi məna və insanların şəxsi ailə xatirələri dayanır.
Belə adların tədris vəsaitində necə və hansı kontekstdə işlədilməsi müəllifdən xüsusi həssaslıq tələb edir. Təhsil materialı hazırlayan şəxs cəmiyyətin dilini, adlarını və mənəvi həssaslıqlarını bilməli, heç olmasa ən elementar səviyyədə bunları nəzərə almalıdır.
Burada bir başqa məqam da var. Müəlliflərin öz soyadları da bu cəmiyyətin, bu xalqın mənəvi və milli irsindən kənarda deyil. Deməli, məsələ “bilmirdik” səviyyəsində izah ediləcək qədər sadə görünmür. İnsan öz cəmiyyətinin adlarını, onların daşıdığı mənanı və həssaslığını bilmirsə, onda uşaqlar üçün tədris vəsaiti hazırlamaq məsuliyyətini necə daşıyacaq?
Bütün bunlarla yanaşı, şagird psixologiyası da düşünülməli idi. Təsəvvür edin ki, 9–10-cu sinif şagirdi kitabı açır və öz adının, atasının adının, qardaşının və ya yaxınlarından birinin adının belə bir mətnin içində işlədildiyini görür. O bunu necə qəbul edəcək? Bu sual müəllifin ağlına gəlməli deyildimi?
Tədris vəsaitinin məqsədi şagirdə dil öyrətməkdir. Uşağın qarşısına elə mətn qoymaq deyil ki, o, öz adı ilə mətnin məzmunu arasında xoşagəlməz assosiasiya yaratsın.
Bu səbəbdən baş verənlərə “müəlliflərin xətasıdır” deyib keçmək məsələnin mahiyyətini kiçiltmək olardı. Çünki burada yalnız müəllif məsuliyyəti yoxdur. Burada redaktorun, nəşriyyatın, nəşrə hazırlıq prosesinin və həmin vəsaitin istifadəsinə yol verən mexanizmlərin də məsuliyyəti məsələsi var.

Nadanlıq bir insanın səhvi ola bilər. Amma nadanlığın redaktədən keçib kitab halına gəlməsi artıq sistem problemidir.
İndi daha bir məsələ ortaya çıxır: belə bir vəsait hansı meyarlarla nəşrə buraxılıb? Məktəblilər üçün nəzərdə tutulan materiallarda məzmunun etik və pedaqoji baxımdan uyğunluğu yoxlanılmırmı? Yoxlanılırsa, bu mətn necə həmin yoxlamadan keçib?
Əgər heç kim bunun fərqinə varmayıbsa, deməli, nəzarət mexanizmi işləmir. Əgər kimsə fərqinə varıb, amma bunu problem hesab etməyibsə, onda daha ciddi məsələ ilə üz-üzəyik.
Ona görə də hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları bu məsələyə diqqət yetirməlidir. Məqsəd əvvəlcədən kimisə günahkar elan etmək deyil. Məqsəd mətnin necə meydana gəldiyini, hansı mərhələlərdən keçdiyini və belə bir ad seçiminin arxasında hər hansı məqsəd, sifariş, tapşırıq və ya kənar müdaxilənin olub-olmadığını aydınlaşdırmaqdır.
Çünki iki ehtimalın hər ikisi ciddidir. Birinci ehtimal budur ki, müəlliflər belə bir mətnin yaratdığı mənanı düşünməyəcək qədər məsuliyyətsiz davranıblar. İkinci ehtimal isə odur ki, ad seçiminin arxasında başqa səbəb olub. Hər iki halda cəmiyyətin cavab almaq hüququ var.
Ən təhlükəli yanaşma isə heç nə olmamış kimi susmaqdır.
Belə bir hadisədən sonra vəsaitin müəllifləri də, nəşriyyat da ictimaiyyət qarşısında mövqeyini açıqlamalıdır. Mətnin necə hazırlandığı, kim tərəfindən redaktə edildiyi, nəşrə kim tərəfindən təsdiq verildiyi və həmin adların hansı əsasla seçildiyi aydınlaşdırılmalıdır.
Əgər ortada sadəcə peşəkar səhlənkarlıq varsa, bunun məsuliyyəti müəyyənləşdirilməlidir. Əgər başqa səbəb aşkarlanarsa, onun da hüquqi qiyməti aidiyyəti qurumlar tərəfindən verilməlidir.
Çünki burada söhbət bir kitabın 506-cı səhifəsindən çox böyükdür. Söhbət təhsil materialına münasibətdən, milli-mənəvi dəyərlərə həssaslıqdan və uşaqların qarşısına qoyulan mətnə verilən məsuliyyətdən gedir.
Kitab çap etmək asandır. Kağızı mürəkkəblə doldurmaq da asandır. Çətin olan isə insanlara, xüsusən də uşaqlara təqdim etdiyin hər sözün məsuliyyətini daşımaqdır.
Tədris vəsaiti müəllifin şəxsi qaralama dəftəri deyil. Orada cəmiyyətin övladları üçün söz seçilir.
Əgər insan yazdığı sözün, seçdiyi adın, yaratdığı obrazın hara gedib çıxacağını düşünmürsə, onda qarşısındakı məsələ artıq təkcə müəlliflik deyil. Əgər nəşriyyat da bunu görmürsə, problem artıq təkcə müəllifdə deyil.
Çünki bir insanın nadanlığı şəxsi məsələ ola bilər, amma həmin nadanlığın kitab şəklində minlərlə uşağın qarşısına çıxması cəmiyyətin məsələsidir.
İndi cavablandırılmalı suallar kifayət qədər aydındır: İtin adı niyə məhz Mehdi oldu? Bu seçim kimin seçimi idi? Bu mətnə kim baxdı? Kim redaktə etdi? Kim təsdiqlədi? Kim çap etdi? Və ən başlıcası — belə bir mətnin şagirdlərin qarşısına çıxmasına kim məsuliyyət daşıyır?
Bu suallar cavabsız qalmamalıdır.
Çünki təhsil vəsaitində məsuliyyətsizliyin bəhanəsi olmamalıdır.


Şəmsi Qoca,
deportasiya.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-08-2026, 12:41

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası

Gündəm / Cəmiyyət

15-08-2026, 14:04

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / İqtisadiyyat

13-07-2026, 10:33

“Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatımızın əsas dayağı olmalıdır”

Gündəm / Siyasət

22-05-2026, 16:12

“Düşünür ki, deputatsansa, qanunsuz işləri də görə bilərsən”

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
Вчера, 10:13
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
18-09-2026, 10:27
DTX məlumat yaydı - Video
17-09-2026, 09:56
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
14-09-2026, 10:01
Gəncədə iki nəfər bıçaqlandı
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Son xəbərlər
  • Вчера, 21:14
    Nadanlığın da bir həddi var, yaxud itin adı niyə Mehdi oldu?
  • Вчера, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • Вчера, 10:13
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • Вчера, 10:09
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Вчера, 10:05
    Yeyib-içmək qanlı bitdi
  • Вчера, 10:00
    BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
  • Вчера, 09:56
    ABŞ-də işçilər kabeli kəsdilər - Minlərlə uçuş dayandırıldı
  • Вчера, 09:52
    F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
  • Вчера, 09:47
    Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
  • Вчера, 09:45
    Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı
  • Вчера, 09:41
    Pezeşkianın ABŞ səfəri öncəsi diqqətçəkən qərar
  • 21-09-2026, 13:13
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • 21-09-2026, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • 21-09-2026, 11:37
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
  • 21-09-2026, 11:31
    “Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”
  • 21-09-2026, 11:28
    “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
  • 21-09-2026, 11:22
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
  • 21-09-2026, 11:16
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • 21-09-2026, 11:12
    “Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
  • 21-09-2026, 10:50
    İrandan ABŞ-yə xəbərdarlıq
  • 21-09-2026, 10:30
    Darmadağından sonra istefa verdi
  • 21-09-2026, 10:25
    Bakıda tədbirdə monitor qadının üstünə aşıb
  • 20-09-2026, 16:28
    Ata və oğulun əbədi xatirəsi...
  • 20-09-2026, 15:52
    Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
  • 20-09-2026, 12:42
    XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı - Bəyanat
  • 20-09-2026, 12:38
    İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
  • 20-09-2026, 12:34
    “Yuventus”un qapıçısı zədələndi
  • 20-09-2026, 12:29
    Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
  • 20-09-2026, 12:15
    Tarixi missiya uğurla yerinə yetirildi
  • 20-09-2026, 12:10
    Həmin sakinlərdən 3867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 20-09-2026, 12:04
    Cəlilabadda “Mercedes” transformatora çırpıldı
  • 20-09-2026, 11:25
    20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi
  • 19-09-2026, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • 19-09-2026, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • 19-09-2026, 11:40
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə