• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR

Gündəm / Cəmiyyət

18-04-2026, 10:51

Və yaxud, başçıya qarşı verilən iddia ərizəsinə hakimin ədalətli qərar verməsi üçün dizləri niyə əsməlidir?


Tovuz rayonu Azaflı kəndində daimi qeydiyyatda olan və

həmin kənddə daimi yaşayan Alisgəndərov Oktay Telman

oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə və aidiyyatı dövlət qurumları rəhbərlərinə KİV vasitəsilə Ş İ K A Y Ə T - Ə R İ Z Ə S İ ilə müraciət etmişdir.

Müraciətin aktuallığını və dövlət əhəmiyyətini nəzərər alaraq onu olduğu kimi ictimaiyyətə təqdim edirik.:

Hörmətli, cənab Prezident və səlahiyyət sahibləri!

Bildirirəm ki, mən Alisgəndərov Oktay Telman oğlu Azərbaycan Respublikasının

Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə

verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli

Fərmanına uyğun olaraq özümə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi dövlət

mülkiyyəti olmaqla Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi

0,97 kv.metr olan qeyri-yaşayış binamı, obyektimi Azərbaycan Respublikasının

Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyata aldırıb,

istismara qəbul etdirib, rəsmi qaydada sənədləşdirib hüquqların dövlət qeydiyyatı

haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış və texniki pasport

almağım üçün Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Gəncə

Regional Mərkəzinə müraciət etmişəm.

Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti

obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-

cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 10 qurumun müsbət rəyi alınmalı

olduğu halda Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 qurumun (Azərbaycan

Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz

Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi

İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın

(Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət

Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ[1]mədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin)

müsbət rəylərini almaqla yanaşı mənə məxsus Tovuz şəhəri Heydər Əliyev prospektində

yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binamın, obyektimin yerləşdiyi

0,97 kv.metr torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası

İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 01 oktyabr 2025-ci il

tarixli 14115 nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə

icarə müqaviləsi də bağlamağıma və obyektin istismara qəbul edilməsinə dair aktın

verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat

dövlət rüsumu da ödəməyimə baxmayaraq, hörmətli, cənab Prezidentim, nədənsə Tovuz

Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu Sizin

Fərmanınızın əlehinə, ziddinə getməklə, öz şəxsi maraqları naminə Sizin Fərmanınızı

heçə sayıb xalqla Dövlət arasında uçurum yaradır, xalq və Hakimiyyətin birliyinə xələl

gətirir, vətəndaş məmnunluğunu heçə sayaraq vətəndaş süründürməçiliyinə yol verir,

Sizin yürütdüyünüz daxili və xarici siyasətinizə kölgə salmağa çalışır.

Belə ki, mən Alisgəndərov Oktay Telman oğlu 5 aydan çoxdur ki, Tovuz Rayon

İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlundan icarə müqaviləsi

ilə birlikdə tələb olunan bütün sənədləri o cümlədən obyektin istismara qəbul edilməsinə

dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir)

manat dövlət rüsumu ödəyib ödənişə dair qəbzi də Tovuz Rayon İcra Hakimiyyətinin

Memarlıq və Tikinti Şöbəsinə təqdim edib, məni canıma doydurub, canımdan

bezdirdikləri üçün əsəbdən əsəb, şəkər xəstəliyinə tutulub insult keçirməməyim xatirinə

məcbur olub hətta 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı

vasitəsi ilə rəsmi ərizə və teleqramla müraciət etsəm də nə obyektin istismara qəbul

edilməsinə dair aktı ala bilirəm nə də obyektin istismara qəbul edilməsinə dair aktın

verilməməsinin səbəblərini aydınlaşdıra bilirəm. Qısacası cavablarında şifahi olaraq

onların dili ilə desək bildirirlər ki, “biz Başçının razılığı, “dabrosu”, “okeyi” olmadan

obyektin istismara qəbul edilməsinə dair aktı nə verə bilərik nə də qanunla müəyyən

edilmiş qaydada obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəbləri

barədə məlumat verə bilmərik.” Yəni qısacası bir sözlə Tovuz Rayon İcra

Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu rəhbərlik etdiyi İcra

Hakimiyyətinin bütün sturuktur Bölmələrinin səlahiyyətlərini və möhürlərini

mənimsəməsi azmış kimi hətta xalq tərəfindən seçilmiş Tovuz rayonunda fəaliyyət

göstərən bütün Bələdiyyələrin də səlahiyyətlərini və möhürlərini mənimsəməklə Tovuz

əhalisini canına bezdirib Tovuzda özünü Bağdadda isə kor xəlifəni sayır, başda ən Ali

Qanununmuz olan Azərbaycan Respublikasının Konstitutsiyası olmaqla qüvvədə olan

bütün qanunvericiliyin ziddinə, əlehinə çıxmaqla bilərəkdən qəsdlə ciddi və kobud qanun

pozuntularına yol verib hərəkət və ya hərəkətsizlik nümayiş etdirir.

Odur ki, yuxarida qeyd etdiyim halları, faktları, sübutları və xüsusatları nəzərə alıb

Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən

istifadə edib, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə

ilə rəsmi portalda qeydiyyatan keçirdiyim, Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9

aidiyyəti qurumdan müsbət rəylər aldığım, obyektin yerləşdiyi torpaq sahəsinə dair

Dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağladığım Tovuz

şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış

binama, obyektimə Tovuz Rayon İcra Hakimiyyətindən obyektin istismara qəbul

edilməsinə dair aktın verilməsinə köməklik göstərib, Tovuz Rayon İcra Hakimiyyətində

baş alıb gedən, ayaq tutub yeriyən hərəkət və ya hərəkətsizliyin, bu özbaşınalıqların

qarşısının alınması üçün ciddi və təxirə salınmaz cəza tədbirləri görəsiniz.

Qoşma: Şikayət ərizəsi 03 vərəqədə, Şəxsiyyət vəsiqəsinin, Azərbaycan

Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz

Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi

İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın

(Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət

Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ[1]mədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin

müsbət rəylərinin, 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsinin, İcarə

müqaviləsi üzrə icarə haqqının ödənilməsinə dair qəbzlərin, 25 dekabr 2025-ci il tarixdə

Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı vasitəsi Tovuz Rayon İcra Hakimiyyətinə

ünvanladığım rəsmil ərizənin və teleqramın kserosurətləri hər bir ünvana.

İmza: Alisgəndərov Oktay Telman oğlu

P,S. Tovuzda sahibkarların narazılığı böyüyür – obyekt, su və tender iddiaları gündəmdə

Tovuz rayonu Azaflı kənd sakini Alisgəndərov Oktay Telman oğlunun qaldırdığı məsələ tək bir sahibkarın problemi kimi deyil, daha geniş miqyaslı narazılıqların göstəricisi kimi dəyərləndirilir.

“Problem sistemlidir” iddiası

Əldə olunan məlumatlara görə, sahibkarın üzləşdiyi çətinliklər oxşar vəziyyətdə olan digər şəxslər üçün də xarakterikdir. Bildirilir ki, Alisgəndərov Oktay Telman oğlu məsələni açıq şəkildə qaldıran azsaylı şəxslərdən biridir.

Onun sözlərinə görə, problemin həlli istiqamətində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova qarşı məhkəmə iddiası qaldırılıb. Lakin iddia olunur ki, iş üzrə qərarın verilməsi hələ də gecikir.

Məhkəmə prosesi ilə bağlı suallar

Məlumata əsasən, işə baxan hakim Süleyman Aslan oğlu Hacıyev tərəfindən qərarın uzun müddət qəbul edilməməsi narazılıq doğurur. Müşahidəçilər hesab edir ki, prosesin uzanması məsələnin həllini ləngidir.

Suvarma ilə bağlı ciddi iddialar

Tovuz rayonundan olan digər sahibkar Şahin Qarayevin də məsələ ilə bağlı etiraz etdiyi bildirilir. Onun iddiasına görə:

* Rayon ərazisində fəaliyyət göstərən artezyan sularının bölüşdürülməsində bərabərlik prinsipi pozulur;
* Suvarma imkanlarının daha çox müəyyən şəxslərin nəzarətində olan torpaqlara yönləndirildiyi iddia edilir.

Bu kimi fikirlər rəsmi təsdiqini tapmasa da, bölgədə su təminatı ilə bağlı narazılıqların olduğu açıq şəkildə hiss olunur.

Rəhbərlik və əlaqələr barədə iddialar

Qeyd olunur ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov daha əvvəl su təsərrüfatı sahəsində fəaliyyət göstərmiş strukturlarla əlaqəli olub. Onun qardaşı Cahan Məmmədovun da bu sahədə vəzifə tutduğu bildirilir.

Bəzi iddialara görə, rayonda artezyan quyularının qazılması və istifadəsi ilə bağlı qərarlarda bu əlaqələrin rol oynadığı ehtimal edilir. Lakin bu iddiaların rəsmi təsdiqi yoxdur.

Torpaq və kəndlilərlə bağlı narahatlıqlar

Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki:

* Suvarma problemləri səbəbindən bəzi kənd sakinləri torpaqlarını satmağa məcbur qalır;
* Bu proses nəticəsində torpaq sahələrinin müəyyən şəxslərin nəzarətinə keçdiyi bildirilir.

Ekspertlər qeyd edir ki, bu cür hallar baş verərsə, bu, kənd təsərrüfatında sosial balansın pozulmasına səbəb ola bilər.

Tenderlər və “AQROKİMYA” MMC ilə bağlı suallar

Məsələ yalnız yerli idarəetmə ilə məhdudlaşmır. Media mənbələrində yer alan araşdırmalarda iqtisadi fəaliyyətlə bağlı da diqqətçəkən məqamlar qeyd olunur.

Belə ki:

* Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum tərəfindən keçirilmiş satınalmada “AQROKİMYA” MMC qalib elan edilib;
* Müqavilənin məbləği 181 760 manat təşkil edib;
* Satınalma “bir mənbədən satınalma” üsulu ilə həyata keçirilib.

Araşdırmalarda bildirilir ki, sözügedən MMC-nin təsisçisi kimi Məmməd Məmmədov, qanuni təmsilçi kimi isə Rəhman Məmmədov göstərilir.

Qeyd olunur ki, şirkət son illərdə müxtəlif dövlət qurumları ilə:

* 413 000 manat (2024-cü il),
* 480 390 manat (2023-cü il),
* 940 600 manat (2021-ci il)

məbləğlərində müqavilələr bağlayıb.

Mütəxəssislər bildirir ki, bir mənbədən satınalma üsulunun tətbiqi qanunvericiliklə müəyyən hallarda mümkündür, lakin bu üsulun geniş tətbiqi şəffaflıqla bağlı suallar yarada bilər.

Rəsmi mövqe gözlənilir

Qeyd olunan iddialarla bağlı:

* Tovuz Rayon İcra Hakimiyyəti,
* aidiyyəti dövlət qurumları,
* və adı çəkilən şəxslərin mövqeyi

hələlik açıqlanmayıb.

Qeyd: Məqalədə yer alan fikirlər müxtəlif mənbələrə və iddialara əsaslanır. Qarşı tərəfin mövqeyi təqdim olunduğu təqdirdə materiala əlavə ediləcək.

İfadetv.info


Paylaş:
Digər xəbərlər

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Dünya

3-04-2026, 09:01

“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə

Gündəm / İqtisadiyyat

8-04-2026, 14:18

Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar

Gündəm / Cəmiyyət

1-04-2026, 16:05

Quba rayonunda “Tarixi yaddaşımızda 31 Mart soyqırımı” mövzusunda konfrans keçirilib

Cəmiyyət

20-03-2026, 11:27

“Sabit və ədalətli əməkhaqqı sistemi dövlət qulluqçusunda sabaha inam yaradır”

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Сегодня, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Сегодня, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Сегодня, 11:08
    FHN təlim keçirdi
  • Сегодня, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Сегодня, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Сегодня, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Сегодня, 10:38
    Nazirdən daha bir təyinat
  • Сегодня, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Вчера, 10:06
    Bəzi yollarda tıxac var
  • Вчера, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Вчера, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Вчера, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Вчера, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Вчера, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Вчера, 09:31
    Putin Hindistandadır - Video
  • Вчера, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:50
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:12
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:39
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:35
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə