• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında

Gündəm

20-05-2026, 17:19

“Artıq insanlar xəbəri televizordan yox, tiktokdan izləyir” fikri media mühitində ciddi dəyişiklikdən xəbər verir. Bir vaxtlar gündəmi televiziya müəyyən edirdisə, indi informasiyanın yayılma sürəti və auditoriyanın diqqəti sosial şəbəkələrin əlinə keçib. Xüsusilə gənc nəsil xəbəri uzun reportajlardan deyil, bir dəqiqəlik videolardan almağa üstünlük verir. Bu isə həm ənənəvi medianın təsir imkanlarını azaldır, həm də informasiyanın keyfiyyəti ilə bağlı yeni suallar yaradır.

Məsələ ilə bağlı tanınmış ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov YeniMedia.net portalı və Demokrat.az-a bildirib ki, Artıq dünyanı dəyişə biləcək informasiya inqilabı baş verib:

“Bu inqilab insanlara daha çox sürət, mobillik, innovativlik, kreativlik və vaxta qənaət baxımından böyük imkanlar yaradır. Dünyada gedən bu proseslər bizdə də yaşandı. Sadəcə olaraq Azərbaycanda həmin proses bir qədər gec başladı. Halbuki dünyanın bir çox ölkələrində artıq bu dəyişimin ikinci mərhələsi başlayıb. Əvvəllər insanlar daha çox “Facebook”, “Instagram” və “YouTube” kimi platformalarda 10-20 dəqiqəlik videolara baxır, uzunmüddətli informasiya resurslarından istifadə edirdilər. Amma zaman keçdikcə insanlar daha qısa, daha sürətli və vaxt aparmayan informasiya məhsullarına üstünlük verməyə başladılar. Bu məqamdan isə “TikTok” çox uğurla istifadə etdi. “TikTok” özündən əvvəlki sosial şəbəkələrin əsas xüsusiyyətlərini bir platformada birləşdirdi. Məsələn, “X” platformasının qısa formatını, Instagramın sürətini, “Facebook”un geniş auditoriya imkanlarını bir araya gətirdi. Video, şəkil və səs informasiyasını vahid formatda təqdim etməyə başladı. Bundan əlavə, canlı yayımlar, lokal auditoriyaları birləşdirən funksiyalar və digər əvvəlki startap modellərini də öz sisteminə inteqrasiya etdi. Xüsusilə 30 yaşdan aşağı olan yeni virtual nəsil üçün bu platforma çox cəlbedici oldu. İnsanlar harada daha az enerji sərf edib daha çox fayda əldə edirlərsə, təbii olaraq ora yönəlirlər. Uzun videolar və böyük həcmli kontentlər isə daha çox internet sərfiyyatı tələb edir. Bu da xüsusilə gənclər və tələbələr üçün əlverişli deyil. Nəticədə yeni nəsil qısa, operativ və məlumatlandırıcı informasiya formatlarına meyl etməyə başladı. Bu artıq uzun yazılar və saatlarla davam edən videolar deyil, qısa zamanda məlumat verən yeni media məhsullarıdır. Biz artıq bunu normal qəbul etməliyik”.

O qeyd edib ki, üstəlik qarşıda süni intellektin gətirəcəyi daha böyük dəyişikliklər var:

“İnsanların yeni formatlara keçidi müəyyən dövrlərdə ağrılı görünsə də, bu proses tamamilə məntiqli və qaçılmazdır. Kütləvi informasiya vasitələri də fəaliyyətlərini buna uyğunlaşdırmalıdırlar. Həm qəzetçilik, həm radio və televiziya, həm də sayt və portallar mobilliyi, sürəti və informativliyi əsas prioritetə çevirməlidir. Əks halda onlar rəqabətdə uduzacaq və zamanla sıradan çıxacaqlar. Bir dövr sosial şəbəkələr ənənəvi media üzərində ciddi təsir yaratmağa başladı. Azərbaycanda və dünyada bir çox televiziya kanalları sosial, analitik və məlumatverici proqramlarda müəyyən yeniliklər tətbiq etdilər və bunun nəticəsini gördülər. Məsələn, televiziya verilişlərindən götürülən hissələr sosial mediada “Facebook”, “Instagram” və “TikTok” səhifələrində paylaşılmağa başladı. Hazır məhsullar müxtəlif platformalarda yenidən istifadə olunurdu. Bu, sosial media üçün faydalı olsa da, ənənəvi media üçün müəyyən boşluqlar yaratdı. Onlar öz məhsullarının effektivliyini əvvəlki kimi qoruya bilmədilər və meydanı tədricən sosial mediaya vermiş oldular. Artıq bununla razılaşmaq lazımdır. Ənənəvi media istər yazılı, istər televiziya və radio, istərsə də yeni media platformaları müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Kontent hazırlayarkən köhnə formatları yeniləri ilə əvəz etməlidirlər. Əgər istəyirlərsə ki, yeni nəsil onları izləsin, qəbul etsin və onlardan istifadə etsin, mütləq dəyişməlidirlər. Əks halda onların fəaliyyəti iqtisadi baxımdan səmərəsiz olacaq və media bizneslərini davam etdirə bilməyəcəklər. Nəticədə isə təbii şəkildə sıradan çıxacaqlar. Çünki artıq yalnız mövcud sosial şəbəkələr yox, süni intellektlə idarə olunan yeni media formatları gəlir və həmin formatlar gələcəkdə daha böyük dəyişikliklər yaradacaq”.

Elmar Kazımov

YeniMedia.net

Leyla Turan

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Gündəm

6-04-2026, 11:11

Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev

Gündəm / Cəmiyyət

20-05-2026, 14:41

Damarlarında alicənablıq qanı axan ziyalı...

Gündəm

1-05-2026, 13:12

Üç zirvənin fatehi: Mir Cəlal – 118

Dünya

3-04-2026, 09:01

“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Сегодня, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Сегодня, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Сегодня, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Сегодня, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Сегодня, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Сегодня, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Сегодня, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Сегодня, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Сегодня, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • Вчера, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Вчера, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Вчера, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Вчера, 11:08
    FHN təlim keçirdi
  • Вчера, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Вчера, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Вчера, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Вчера, 10:38
    Nazirdən daha bir təyinat
  • Вчера, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə