• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib

Gündəm

26-05-2026, 21:04

Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər festivalı – 3” layihəsi çərçivəsində idman yarışlarının təltifolunma və təntənəli bağlanış mərasimi keçirilib.

ATU və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı baş tutan festivalda əvvəlcə“Təbib” Tədris İdman Mərkəzinin həyətində​ musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim edilib.

Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli festival iştirakçılarını salamlayaraq onları Azərbaycan Tibb Universitetində görməkdən məmnun olduğunu, artıq ənənəyə çevrilən “Zəfər festivalı”nın 3-cü dəfə keçirməsinin xüsusi qurur hissi doğurduğunu diqqətə çatdırıb.

Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü və 28 May - Müstəqillik Günü xalqımızın milli yaddaşında mühüm yer tutur və dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil edir: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün də ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və gənclərin hərtərəfli formalaşması istiqamətində mühüm nailiyyətlər əldə olunur. Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların yüksək səviyyədə təşkili və gənclərin idmana marağının artması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub”.

Rektor “Zəfər festivalı” idman yarışlarının ildən-ilə genişlənməsinin, 3-cü festivala 30-dan artıq ali təhsil müəssisəsindən 900-dən çox iştirakçının qatılmasının gənclərin idmana, sağlam rəqabətə həvəsinin və universitetlərarası əməkdaşlığa artan marağın bariz nümunəsi kimi qiymətləndirib.

G.Gəraybəyli əlavə edib ki, festival çərçivəsində müxtəlif idman növləri üzrə keçirilən yarışlar tələbələrin fiziki hazırlığının artması ilə yanaşı, onların dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun formalaşmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir: “Müxtəlif ali təhsil müəssisələrinin bir araya gəlməsi gənclər arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin göstəricisidir. Ən əsası isə, “Zəfər festivalı” adını daşıyan bu yarışlar xalqımızın tarixi qələbəsinin yaratdığı böyük qurur hissini yenidən bizə yaşadır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin nəticəsidir ki, bu gün üçrəngli bayrağımız azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır”.

Yarış iştirakçılarının həm də Azərbaycanın gələcəyini formalaşdıran gənclər olduğunu vurğulayan rektor qalib gələn bütün tələbələri və onların təmsil etdikləri universitetlərin əməkdaşlarını təbrik edib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov da tədbirdə çıxış edərək, ilk növbədə idman sahəsində qazanılan uğurlardan söhbət açıb. O, festivalın yüksək səviyyədə təşkilinə görə rektor Gəray Gəraybəyli başda olmaqla, universitet rəhbərliyinə təşəkkürünü bildirib və bütün idmançılara bayrağımızı hər zaman yüksəklərə qaldırmağı arzulayıb.

Çıxışlardan sonra ATU-nun “Çinar” rəqs ansamblı və “Şəfa” ansamblınının üzvləri festivalın qaliblərini musiqi nömrələri ilə təbrik ediblər.

“Zəfər festivalı – 3” yarışlarında 30 ali təhsil müəssisəsinin komandaları şahmat, dama, nərd, voleybol, stolüstü tennis, kəndirdartma, oxatma və 3x3 basketbol idman növləri üzrə yarışıb. Medalların ümumi sayına görə Azərbaycan Dillər Universiteti və Bakı Musiqi Akademiyasının komandaları 2 qızıl, 1 gümüş və 1 bürünc medalla III yeri bölüşüb.

Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 2 qızıl, 4 gümüş və 4 bürünc medalla II yerdə qərarlaşıb.

Azərbaycan Tibb Universitetinin komandası 8 qızıl medalla üçüncü dəfə 30 ali təhsil müəssisəsi arasında liderliyini qoruyub. Qaliblər kubok, diplom və medallarla təltif edilib.

Təltifolunmadan sonra festivalın təşkilatçısı “Təbib” Tədris İdman Mərkəzinin müdiri, əməkdar məşqçi Qələndər Aslanov alqış sədaları altında səhnəyə dəvət olunub. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə bir qrup könüllü gəncə da təşəkkürnamələr verilib.


Paylaş:
Digər xəbərlər

Gündəm

9-05-2026, 18:29

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub

Gündəm

6-05-2026, 16:45

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Gündəm / Cəmiyyət

20-05-2026, 14:41

Damarlarında alicənablıq qanı axan ziyalı...

Gündəm / Özəl

29-04-2026, 15:58

SALAM, DAĞ QARDAŞLARI!

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Сегодня, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Сегодня, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Сегодня, 11:08
    FHN təlim keçirdi
  • Сегодня, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Сегодня, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Сегодня, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Сегодня, 10:38
    Nazirdən daha bir təyinat
  • Сегодня, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Вчера, 10:06
    Bəzi yollarda tıxac var
  • Вчера, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Вчера, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Вчера, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Вчера, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Вчера, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Вчера, 09:31
    Putin Hindistandadır - Video
  • Вчера, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:50
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:12
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:39
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:35
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə