• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib

Gündəm

14-06-2026, 14:49

Xezertv.info xəbər verir ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah səviyyəsinin yüksəldilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların tarazlı və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə ölkənin bütün bölgələrində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq son illərdə Qusar rayonu da daxil olmaqla respublikanın bütün bölgələrində sosial infrastrukturun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində genişmiqyaslı layihələr icra olunur. Yaşayış məntəqələrinin təbii qaz və elektrik enerjisi ilə təminatı, müasir standartlara cavab verən içməli su sistemlərinin qurulması, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir.

İyunun 12-də Rayon İcra Hakimiyyətinin təşəbbüsü, BP şirkətinin və “İSFA” MMC-nin maliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində yaradılmış müasir içməli su təchizatı infrastrukturunun ikinci mərhələsinin açılış mərasimi keçirilib. Əvvəlcə Avaran kəndində şəhidlərin xatirə lövhəsi önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib.

Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədrinin müşaviri Ramin Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, “İSFA” MMC və BP şirkətinin rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, layihənin reallaşmasında əməyi olan bütün qurumlara və şəxslərə təşəkkürünü bildirib. İcra başçısı qeyd edib ki, ölkəmizdə vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin mərkəzində dayanır. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su, təbii qaz və enerji təminatı bu siyasətin prioritet istiqamətlərindəndir. Rayon rəhbəri vurğulayıb ki, Avaran kəndinin içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasiminin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etməsi tədbirə xüsusi rəmzi məna qazandırır.

Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədrinin müşaviri Ramin Sadıqov çıxışında ölkəmizdə su təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinə toxunaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikanın bütün regionlarında əhalinin keyfiyyətli kommunal xidmətlərlə təmin olunması istiqamətində ardıcıl işlər aparılır. Ramin Sadıqov qeyd edib ki, Qusar rayonunun Avaran kəndində icra olunan layihə də bu siyasətin tərkib hissəsidir. Dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olan layihənin müasir standartlara uyğun icra edilməsi kənd sakinlərinin uzunmüddətli və dayanıqlı şəkildə təmiz içməli su ilə təminatına xidmət edir.

Tədbirdə çıxış edən kənd sakinləri – şəhid anası Yeganə Pirseyidova və Nazilə Kələntərova uzun illər ərzində içməli su təchizatı ilə bağlı yaşadıqları çətinliklərin aradan qaldırıldığını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına, layihənin həyata keçirilməsində təşəbbüsünə görə rayon rəhbərliyinə, layihənin maliyyə dəstəkçisi BP şirkətinə və icraçı təşkilat olan “İSFA” MMC-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra “İSFA” MMC-nin rəhbəri Samir Xeyirbəyov layihənin icrası zamanı görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, layihənin birinci mərhələsi çərçivəsində Cağar-Cibir su kanalından Avaran kəndinə 1,4 km uzunluğunda magistral su xətti çəkilib. 10 250 m³ həcmində su anbarı və 2000 m³ həcmində lil çökdürmə hovuzu inşa edilib, hovuzun daxili səthinə müasir membran örtük döşənib. Həmçinin nasos stansiyası və su təmizləyici filter məntəqəsi tikilib, üçmərhələli təmizləmə sistemi quraşdırılıb. Birinci mərhələdə 18 km uzunluğunda su xətləri çəkilərək 125 abonentin su təchizatı təmin edilib. İkinci mərhələdə isə 32 km uzunluğunda yeraltı plastik su xətləri çəkilib, 259 evə su xətləri çəkilərək müasir tipli sayğaclar quraşdırılıb. Beləliklə, layihənin hər iki mərhələsinin yekununda Avaran kəndində mövcud olan 384 evin hamısı mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub.

Mərasimin sonunda layihənin rəmzi açılışını ifadə edən bulağın açılışı olub. Açılış mərasimi konsert proqramı ilə davam etdirilib.

Paylaş:
Digər xəbərlər

Gündəm

6-05-2026, 16:45

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Gündəm / Cəmiyyət

30-05-2026, 14:15

“Genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir”

Cəmiyyət

4-06-2026, 14:45

Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı

Gündəm / Siyasət

30-05-2026, 22:01

“SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla

Gündəm

24-05-2026, 17:40

HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Сегодня, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Сегодня, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Сегодня, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Сегодня, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Сегодня, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Сегодня, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Сегодня, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Сегодня, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Сегодня, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • Вчера, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Вчера, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Вчера, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Вчера, 11:08
    FHN təlim keçirdi
  • Вчера, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Вчера, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Вчера, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Вчера, 10:38
    Nazirdən daha bir təyinat
  • Вчера, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə