• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev Azərbaycanı hansı təhlükələrdən xilas etdi? - TÜRKİYƏDƏN BAXIŞ

Gündəm / Siyasət

15-06-2026, 10:40

1993-cü ilin iyununda Azərbaycan müstəqillik tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birini yaşayırdı. Ölkədə siyasi böhran dərinləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlətçiliyin gələcəyi ciddi sual altında qalmışdı. Belə bir vaxtda xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və xaos təhlükəsindən xilas edərək sabitliyin, inkişafın və dövlət quruculuğunun əsasını qoydu. Məhz buna görə 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur.

Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs həm də beynəlxalq əlaqələrin irəliləməsində, dost və qardaş ölkələrlə münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasında özünü göstərdi. Belə olan təqdirdə, ulu öndər Türkiyə ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsində də mühüm rol oynadı. Ulu öndərin fəaliyyəti və tarixi xidmətləri bu gün də həm Azərbaycanda, həm də qardaş Türkiyədə böyük ehtiramla xatırlanır.

Milli Qurtuluş Gününün növbəti ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım Oxu.Az-a müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrini, 15 iyun hadisələrinin Türkiyədən necə izlənildiyini və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ümummilli liderin roluna dair təəssüratını bölüşüb.

-Şamil bəy, ulu öndər Heydər Əliyev ilə ilk görüşünüz nə vaxt və hansı şəraitdə olub?

-Ümummilli lider Heydər Əliyevlə mənim ilk görüşüm onun 1995-ci ildə Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlişi zamanı olub. 1996-cı ildə ulu öndərin şəxsi təşəbbüsü və himayəsi ilə Hüseyn Cavidin məzarı üzərində məqbərə ucaldıldı. Açılışda iştirak etmək üçün Heydər Əliyev məni də Naxçıvana dəvət elədi. Geniştərkibli nümayəndə heyəti ilə Iğdırdan Naxçıvana getdik və açılışda iştirak elədik. Tədbirdə sənətçilər, siyasətçilər, ictimai xadimlər olmaqla çox sayda insan iştirak edirdi. Mərasimdən sonra ulu öndər məni qonaq dəvət elədi. Həmin gün Naxçıvanda qaldım. Axşam ziyafət təşkil edilmiş, protokol masasında mənə də yer ayrılmışdı. Mən salona daxil olanda həmin masa boş olsa da, qarşı tərəfdə dostlarımızla birlikdə digər masada əyləşdim. Mərhum Prezident rəsmi heyətlə birgə zala daxil olub protokol masasında əyləşdi. Yanındakı stul isə boş idi. Məni görən kimi yanına çağırdı. Əyləşməzdən əvvəl özümü təqdim etmək istəsəm də, məni tanıdığını, Iğdır millət vəkili olduğumu dedi. Ona rəhmətlik atam Yusuf Ziya Ayrım haqqında danışdım. Belə ki, 1994-cü ildə Heydər Əliyev Prezident kimi ilk dəfə Bakıdan Ankaraya gələndə, Azərbaycanın Türkiyədəki ilk səfiri Mehmet Novruzoğlu atamdan xahiş edir ki, Azərbaycan Prezidenti ilk dəfə Türkiyəyə gəlir, ağsaqqal kimi azərbaycanlıları bir araya toplasın. Atam bu təşəbbüsü yerinə yetirir və tədbirdəki çıxışında Heydər Əliyevə "bura sizin də evinizdir, yurdunuza xoş gəlmisiniz" deyərək, müstəqil Azərbaycanın Prezidentini Türkiyədə qarşılamağı həmişə arzuladıqlarını bildirib. Mən nitqimi yekunlaşdıranda rəhmətlik Heydər Əliyev danışdıqlarımı xatırlayaraq məni qucaqladı. Ondan sonra isə sarsılmaz əlaqələrə malik olduq. Mən nə vaxt Azərbaycana gəlsəm, onu ziyarət elədim. Türkiyədəki bütün tədbirlərdə onu qarşılayıb, müşayiət etdim. İnanıram ki, ona qarşı vəzifəmizi yerinə yetirmişik. Bu gün isə onun oğlu, siyasi kursunun layiqli davamçısı İlham Əliyev atasının yolunu gedir, xalqı ilə birlikdə Müzəffər Ali Baş Komandan olaraq vəzifəsini icra edir. Allah ümummilli liderə rəhmət eləsin!

-15 İyun - Milli Qurtuluş Günü hadisələrini Türkiyədən necə izləyirdiniz?

-Türkiyədə Azərbaycanla bağlı ilk ajiotaj doğuran genişmiqyaslı xəbərlər 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıda qırğın törədəndə yayıldı, Türkiyədə geniş əks-səda doğurdu. Biz də hadisəni eşidəndə Türkiyədə nümayişlərə qatıldıq, reaksiyamızı göstərdik. Qurtuluş günü isə ölkəmizin hər yerində misilsiz bir sevincə səbəb olmuşdu. Rəhmətlik Heydər Əliyev Naxçıvandan dəvət edilən zaman Azərbaycanda daxili vəziyyət qarışıq idi. Həm iqtisadi çətinliklər, həm talançılar, həm də hakimiyyətdə ikitirəlik xoşagəlməz vəziyyət yaratmışdı.

-Heydər Əliyev hakimiyyətə qayıtmaqla hansı problemləri həll etdi?

-Heydər Əliyev hakimiyyətə qayıdandan sonra əvvəlcə Azərbaycanın daxili problemlərini həll etdi, iqtisadi böhrana çarə tapdı, hərbi, siyasi, diplomatik inkişafın təməli qoyuldu. Rəhmətlik Süleyman Dəmirəlin təbiri ilə desək, Azərbaycan zəngin ölkə idi, amma bu sərvətlər xalqa çatmırdı. Bunun üçün də addımlar atmaq lazım idi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının inkişaf mərhələsinin təməlini atdı. Azərbaycan neftinin dünyaya ixracı ilə balans dəyişdi, ölkə vaxtı ilə olduğu kommunist sistemdən azad bazar iqtisadiyyatına qədəm qoydu. Ona görə də bu gün Azərbaycana baxdığımız zaman istər idarəetmə tərzi, istər yeraltı və yerüstü mənbələrinin uğurla istifadə edilməsi, istərsə də digər məsələlərdə Qafqazın parıldayan ulduzudur.

-Bəs, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolunu necə qiymətləndirirsiniz?

-Heydər Əliyev iqtidara qayıdandan sonra mərhum Turqut Özal və Süleyman Dəmirəllə ciddi əlaqələrə malik idi. Onu da qeyd edim ki, Azərbaycanı ilk dəfə tanıyan Türkiyə hökumətinin nazirlərindən biri də mənim qaynım, həm də dayımın oğlu İlhan Aküzümdür. Bu amil bizim ailəmiz üçün də qürur mənbəyidir. Heydər Əliyevin də Türkiyə- Azərbaycan münasibətlərinin inkişafında mühüm rolu olub. Hətta onun bir sözünü yaxşı xatırlayıram. Ulu öndər demişdi ki, Türkiyə ilə Azərbaycan bir-birinə elə möhkəm bağlanmalıdır ki, bizi heç kim ayıra bilməsin. Bu gün həmin sarsılmaz bağın əyani sübutunu görürük.

Paylaş:
Digər xəbərlər

Gündəm

6-05-2026, 16:45

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Dünya

3-04-2026, 09:01

“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə

Gündəm / Siyasət

11-05-2026, 17:40

Balanslı xarici siyasət kursunun memarı

Gündəm

9-05-2026, 18:29

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Сегодня, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Сегодня, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Сегодня, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Сегодня, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Сегодня, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Сегодня, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Сегодня, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Сегодня, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Сегодня, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • Вчера, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Вчера, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Вчера, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Вчера, 11:08
    FHN təlim keçirdi
  • Вчера, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Вчера, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Вчера, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Вчера, 10:38
    Nazirdən daha bir təyinat
  • Вчера, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə