• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

15 iyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu

Gündəm / Siyasət

15-06-2026, 13:07

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

İyun ayı Azərbaycan xalqının müasir tarixində təkcə bir təqvim hadisəsi deyil, həm də milli dirçəlişin, dövlətçilik iradəsinin və xalqın öz taleyinə sahib çıxmasının rəmzidir. 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin siyasi, iqtisadi və mənəvi dirçəlişinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Məhz bu tarixi gündən etibarən Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoydu.

Qurtuluş xalqın dövlətə inamını özünə qaytardı, milli birliyi möhkəmləndirdi və gələcək uğurların möhkəm təməlini yaratdı. Bu gün Azərbaycanın qazandığı bütün nailiyyətlərin, əldə etdiyi tarixi zəfərlərin və beynəlxalq nüfuzunun əsasında məhz 15 İyun 1993-cü ildə başlanan böyük dirçəliş dayanır. Ona görə də Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün dövlətçilik şüurunun, milli həmrəyliyin və müstəqilliyin əbədiliyinin təntənəsidir.

Prezident İlham Əliyevin sözləri ilə desək, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində taleyüklü hadisələr xüsusi yer tutur. Bu hadisələr sırasında 15 İyun – Milli Qurtuluş Günü müstəsna əhəmiyyətə malikdir. Həmin gün təkcə hakimiyyət dəyişikliyi ilə xarakterizə olunmur. Bu tarix Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilməsi, milli dövlətçilik ideyasının qorunması, ölkədə sabitliyin bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi tarixə həkk olunmuşdur.

1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb və təhlükəli dövr yaşayırdı. Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən ölkəmiz ağır siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, ölkə daxilində isə siyasi qarşıdurmalar, idarəetmə böhranı və anarxiya hökm sürürdü. Dövlət institutları zəifləmiş, qanunçuluq prinsipləri pozulmuş, müxtəlif silahlı qruplaşmalar ölkədə özbaşınalıq mühiti yaratmışdı.

1987-ci ildə SSRİ rəhbərliyinin siyasətinə etiraz olaraq yüksək vəzifələrindən istefa verən Ümummilli Lider Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları daha da fəallaşdı. Dağlıq Qarabağ məsələsinin qaldırılması ilə başlayan proseslər sonradan xalqımızın üzləşdiyi faciələrin əsas səbəblərindən birinə çevrildi.

1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyində kifayət qədər təcrübəyə malik olmaması vəziyyəti daha da ağırlaşdırdı. Dövlət quruculuğu sahəsində sistemli fəaliyyətin olmaması, hakimiyyət daxilində qarşıdurmaların dərinləşməsi, iqtisadi tənəzzül və hərbi uğursuzluqlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycanın müxtəlif bölgələrində separatçılıq meyillərinin güclənməsi dövlətin bütövlüyünə ciddi təhdid yaradırdı.

1993-cü ilin iyun ayında ölkədə vəziyyət kritik həddə çatdı. Gəncə hadisələri fonunda hakimiyyət böhranı daha da dərinləşdi. Dövlətçiliyin taleyi sual altında idi. Məhz belə bir məqamda Azərbaycan xalqı yeganə çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördü.

1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyev böyük məsuliyyəti öz üzərinə götürdü. Həmin dövrdə onun siyasi qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və xalq arasındakı nüfuzu ölkənin parçalanmaq təhlükəsinin qarşısını almaqda həlledici rol oynadı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə ölkənin müasir tarixində yeni mərhələ başlandı. Sonralar məhz bu tarix Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət institutlarının fəaliyyəti bərpa edildi, idarəetmə sistemində nizam-intizam yaradıldı. Azərbaycan dövlətçiliyinin əsasları möhkəmləndirildi, hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.

Qurtuluşdan sonrakı dövr Azərbaycanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, iqtisadi islahatlar həyata keçirildi, beynəlxalq əlaqələr genişləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyaraq ölkəmizin dünya enerji xəritəsində strateji mövqeyini möhkəmləndirdi.

Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri də milli ordu quruculuğu idi. Güclü Silahlı Qüvvələrin formalaşdırılması, milli təhlükəsizlik sisteminin yaradılması və dövlət müstəqilliyinin qorunması istiqamətində görülən işlər sonrakı illərdə Azərbaycanın hərbi qüdrətinin artmasına şərait yaratdı.

Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi gücünün artırılması, beynəlxalq nüfuzunun yüksəldilməsi, müasir ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunması da Heydər Əliyev siyasi kursunun uğurlu nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, Ümummilli Liderin ən böyük arzularından biri gerçəkləşmişdir.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış proqramı uğurla icra olunur, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur qurulur. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda və digər azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.

Milli Qurtuluş Günü yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyə inamla baxmaq günüdür. Bu əlamətdar tarix Azərbaycan xalqının birliyinin, dövlətçilik iradəsinin, milli həmrəyliyinin və güclü lider amilinin parlaq təcəssümüdür. 15 İyun bir daha sübut edir ki, xalqın taleyində elə məqamlar olur ki, həmin anlarda düzgün siyasi qərar və güclü liderlik bütöv bir dövlətin gələcəyini müəyyən edir.

Bu gün hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, 15 İyun 1993-cü ildə başlanan Qurtuluş yolu müstəqil, qüdrətli, qalib və suveren Azərbaycanın formalaşmasına gətirib çıxarıb. Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi daim yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik, dövlətə sədaqət və milli birlik nümunəsi olaraq qalacaqdır.


www.AzadMedia.az

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-06-2026, 14:45

Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı

Gündəm / Siyasət

30-05-2026, 22:01

“SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla

Dünya

3-04-2026, 09:01

“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə

Gündəm

8-06-2026, 18:54

“SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla

Gündəm

5-06-2026, 15:59

“Sonsuz intellektin təzahürləri” kitabından epizodlar

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
Сегодня, 10:01
Gəncədə iki nəfər bıçaqlandı
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Son xəbərlər
  • Сегодня, 10:19
    FHN ötən həftə 41 nəfəri xilas edib - 8-i azyaşlıdır
  • Сегодня, 10:15
    Bu 12 yolda tıxac var - Siyahı
  • Сегодня, 10:12
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - Yenilənib
  • Сегодня, 10:05
    “Biz bu ehtiyatları çox sürətlə bərpa edirik”
  • Сегодня, 10:01
    Gəncədə iki nəfər bıçaqlandı
  • Сегодня, 09:58
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Сегодня, 09:54
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Сегодня, 09:50
    Zelenskidən Rusiyaya - Yeni sanksiya zərbəsi
  • Сегодня, 09:46
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Сегодня, 09:42
    “Qarabağ” qələbə qazana bilmədi
  • Вчера, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Вчера, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Вчера, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Вчера, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Вчера, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Вчера, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Вчера, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Вчера, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Вчера, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Вчера, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • 12-09-2026, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • 12-09-2026, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • 12-09-2026, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • 12-09-2026, 11:08
    FHN təlim keçirdi
  • 12-09-2026, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • 12-09-2026, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • 12-09-2026, 10:38
    Nazirdən daha bir təyinat
  • 12-09-2026, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə