• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində bir araya gəliblər

Gündəm

15-08-2026, 15:43

Bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan Yay Fest 2026 çərçivəsində sayca beşinci “Elm, Etika və Gələcək” düşərgəsində gənclər bir araya gəliblər.

Düşərgənin əsas məqsədi gənclərin süni intellekt və innovativ texnologiyalar barədə məlumatlılığını artırmaq, onların imkanlarından səmərəli və məsuliyyətli istifadə ilə bağlı maarifləndirmək, gələcəyin əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırmaq və innovativ düşüncə tərzini təşviq etmək olub. Düşərgə çərçivəsində gənclər süni intellektin təhsil, karyera, yaradıcılıq və gündəlik həyatdakı tətbiq imkanları ilə tanış olmaqla yanaşı, texnoloji inkişafın yaratdığı yeni çağırışlar, rəqəmsal etika və gələcəyin peşələri barədə fikir mübadiləsi aparıb, bu istiqamətlər üzrə müxtəlif fəaliyyətlərdə iştirak ediblər.

Düşərgənin 5 günlük proqramı müddətində peşəkarların iştirakı ilə keçirilən “Yüksəliş masası”, “Xarici universitetlərə müsahibə zamanı nələr etməli?”, “Xaricdə təhsil: Gözləntilər və reallıq” və “Qlobal imkanlardan uğurlu karyeraya: Təhsil, təcrübə və inkişaf” adlı panel görüş və praktiki sessiyalarda gənclər süni intellekt və innovasiyanın təhsil və karyeraya təsiri, gələcəyin əmək bazarının tələbləri, beynəlxalq təhsil imkanları, xarici universitetlərə qəbul və müsahibə prosesinə hazırlıq, qlobal imkanlardan səmərəli istifadə, şəxsi və peşəkar inkişaf barədə dünyagörüşlərini artırıb və faydalı tövsiyələr əldə ediblər. Həmçinin, gənclər “Ali təhsildə yeni trendlər: Süni intellekt, innovasiya və karyera” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə və “Azərbaycanın qədim dövlətçilik ənənələri” mövzusunda isə Azərbaycanın Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənov ilə görüşüblər.

Maarifləndirici fəaliyyətlərlə yanaşı, yoqa, zumba məşqi, master-klasslar, vörkşoplar, intellektual oyun, idman yarışları, haykinq və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya gənclərin həm öyrədici, həm də əyləncəli zaman keçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən musiqili fəaliyyətlər, gənclərin sevimli müğənnilərinin ifaları, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlər düşərgənin dostluq və komanda ruhunu daha da möhkəmləndirib.

Qeyd edək ki, “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.

Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest’in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-08-2026, 12:41

“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası

Gündəm

9-05-2026, 18:29

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub

Gündəm / Siyasət

22-05-2026, 16:12

“Düşünür ki, deputatsansa, qanunsuz işləri də görə bilərsən”

Gündəm / Siyasət

18-06-2026, 16:01

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib

Gündəm / Cəmiyyət

20-05-2026, 14:41

Damarlarında alicənablıq qanı axan ziyalı...

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
22-09-2026, 10:13
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
18-09-2026, 10:27
DTX məlumat yaydı - Video
17-09-2026, 09:56
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
14-09-2026, 10:01
Gəncədə iki nəfər bıçaqlandı
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Son xəbərlər
  • Сегодня, 12:58
    Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
  • Сегодня, 12:53
    Xəzərdə zəlzələ oldu
  • Сегодня, 12:48
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Сегодня, 12:40
    Əhaliyə 7 milyard manat ödənilib
  • Сегодня, 12:23
    Mümkün üçtərəfli görüşün tarixini açıqladı
  • Сегодня, 12:19
    “Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
  • Сегодня, 12:14
    YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək
  • Сегодня, 12:08
    Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
  • Сегодня, 12:04
    “Bu fakt ölkəmizdə humanizmin nə dərəcədə yüksək olmasını təsdiqləyir”
  • Сегодня, 11:59
    Hərbçilərin maaş və pensiyaları artırılır
  • Вчера, 11:36
    Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.
  • Вчера, 10:28
    Prezident daha bir dövlət proqramını təsdiqlədi
  • Вчера, 10:24
    Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
  • Вчера, 10:20
    “Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir
  • Вчера, 10:17
    Bu marşrutun hərəkət sxemi dəyişdirildi
  • Вчера, 10:13
    Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
  • Вчера, 10:05
    “Düşünmürəm ki, Putin buna hazırdır”
  • Вчера, 10:00
    Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu
  • Вчера, 09:56
    ABŞ Əraqçiyə əlavə mühafizə ayırdı
  • Вчера, 09:51
    “Minlərlə FTB əməkdaşının məlumatları oğurlanıb”
  • Вчера, 09:47
    Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak etdi
  • 22-09-2026, 21:14
    Nadanlığın da bir həddi var, yaxud itin adı niyə Mehdi oldu?
  • 22-09-2026, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • 22-09-2026, 10:13
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • 22-09-2026, 10:09
    Tehrandan Vaşinqtona sərt mesaj
  • 22-09-2026, 10:05
    Yeyib-içmək qanlı bitdi
  • 22-09-2026, 10:00
    BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
  • 22-09-2026, 09:56
    ABŞ-də işçilər kabeli kəsdilər - Minlərlə uçuş dayandırıldı
  • 22-09-2026, 09:52
    F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
  • 22-09-2026, 09:47
    Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
  • 22-09-2026, 09:45
    Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı
  • 22-09-2026, 09:41
    Pezeşkianın ABŞ səfəri öncəsi diqqətçəkən qərar
  • 21-09-2026, 13:13
    Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
  • 21-09-2026, 11:46
    ABŞ-yə üçgünlük səfər edəcək - Tramp dəvət edib
  • 21-09-2026, 11:37
    “Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə