
Ağdərə rayonunda yük avtomobilinin aşması nəticəsində heyvanlar tələf olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çardaxlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “MAN” markalı, 25-BK-698 dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən sürücü sükan arxasında yuxulayıb. Nəticədə idarəetmədən çıxan avtomobil yol kənarına aşırıb.
Qəza zamanı avtomobilin yük yerində daşınan xırdabuynuzlu və iribuynuzlu heyvanların bir neçəsi tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı