
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Hörmətli Dr. Abdullah Əlhaməd, Ərəb Media Forumuna dəvətinizə görə təşəkkür edir və bu mühüm tədbiri yüksək səviyyədə təşkil etdiyiniz üçün sizi təbrik edirəm.
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın, o cümlədən, media və kommunikasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı apardığımız səmərəli müzakirələri yüksək qiymətləndirirəm”, - o qeyd edib.
