• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Daily Express” Okamponun sülh prosesinə müdaxiləsini ifşa edir

Siyasət

31-05-2026, 11:13

Böyük Britaniyanın dünyaca məşhur “Daily Express” nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cinayətkar, korrupsioner fəaliyyətinə həsr olunmuş araşdırma dərc edib. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə verdiyi dəstək son dövrlərdə Cənubi Qafqazda diqqət mərkəzində olan əsas geosiyasi məsələlərdən birinə çevrilib. Vaşinqtonun vasitəçilik təşəbbüsləri, regional kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü layihələr və tərəflər arasında etimadın gücləndirilməsinə yönəlmiş addımlar bölgədə uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanır.

“Daily Express” yazır ki, Okamponun timsalında bəzi qüvvələr Cənubi Qafqaz ətrafında dəfələrlə diskreditasiya olunmuş ritorikasını yenidən informasiya məkanına qaytarmağa çalışırlar. Maraqlıdır ki, Tramp administrasiyası Cənubi Qafqazı xarici siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir - xüsusilə Rusiyanın regionda mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi fonunda. Vaşinqton danışıqlarda əldə edilmiş tərəqqini möhkəmləndirməyə çalışır və uzunillik münaqişənin yekun həllini dəstəkləyir.

Materialda xüsusi vurğulanır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə keçib. Söhbət artıq münaqişəni dondurma cəhdlərindən deyil, sərhədlərin delimitasiyasını, kommunikasiyaların bərpasını və regional əməkdaşlığın inkişafını əhatə edən tamhüquqlu sülh arxitekturasının formalaşdırılmasından gedir.

Məqalədə eyni zamanda britaniyalı parlamentarilərin azad olunmuş ərazilərdə “erməni mədəni irsinin məhv edilməsi”nə həsr olunmuş son “araşdırması” da tənqid edilib. Müəllif qeyd edir ki, dinləmələr birtərəfli xarakter daşıyıb, çünki dəvət edilmiş çıxışçılar arasında Azərbaycanın heç bir nümayəndəsi yox idi, bütün iştirakçılar isə ermənipərəst və rusiyayönümlü mövqeləri təmsil ediblər. Bu fonda Okamponun fəaliyyəti xüsusilə göstəricidir - o, 44 günlük müharibənin başa çatmasından sonra “soyqırım” və “etnik təmizləmə” haqqında siyasiləşdirilmiş və açıq-aşkar spekulyativ tezislərin ən fəal yayıcılarından birinə çevrilib. Onun bəyanatları dəfələrlə həm beynəlxalq ekspertlər, həm də hüquq ictimaiyyəti tərəfindən sübut bazasının olmamasına və beynəlxalq hüququ siyasi fəallıqla əvəzləmə cəhdlərinə görə tənqid edilib.

Və məhz bu kontekstdə Okamponun ritorikası reallıqdan getdikcə daha çox uzaqlaşmış görünür. Keçmiş prokuror köhnə siyasi tezisləri yaymağa davam edərkən, beynəlxalq diplomatiya artıq gələcək sülh sazişinin parametrlərini və Cənubi Qafqazda uzunmüddətli sabitliyi müzakirə edir.

Okamponun fəaliyyəti qalmaqallar və mübahisəli məqamlarla doludur və uzun illərdir beynəlxalq hüquq və siyasi dairələrdə müzakirə olunur. O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilk baş prokuroru kimi tanınsa da, fəaliyyəti dövründə və sonrakı illərdə müxtəlif ittihamlar, etik suallar və qərəzlilik iddiaları ilə gündəmə gəlib.

Son illərdə isə Okampo Azərbaycan-Ermənistan münaqişəsi kontekstində hazırladığı hesabatlarla yenidən diqqət mərkəzinə düşüb. O, 2023-cü ildə Qarabağda ermənilərə qarşı “soyqırımı təhlükəsi” ilə bağlı hesabat hazırlamışdı. Azərbaycan tərəfi və bir sıra beynəlxalq hüquq ekspertləri həmin sənədi qərəzli, hüquqi əsaslardan məhrum və siyasi xarakterli hesab edərək sərt tənqid etmişdilər. Britaniyalı hüquqşünas Rodni Dikson və digər ekspertlər Ocamponun nəticələrinin beynəlxalq hüququn tələblərinə uyğun olmadığını bildirmişdilər.

Göründüyü kimi, Qərb KİV-ləri getdikcə daha çox tamamilə fərqli tonallıqda - diplomatiya, danışıqlar və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh perspektivləri haqqında materiallar dərc edir. “Daily Express” nəşrinin dərc etdiyi məqalə də Okamponun timsalında bəzi qüvvələrin hər vəchlə Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə mane olmaq cəhdlərini üzə çıxarır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq formalaşdırır. Tərəflər arasında sülh sazişinin imzalanması perspektivinin gücləndiyi bir dövrdə bəzi beynəlxalq dairələrin və ayrı-ayrı şəxslərin bu prosesi ləngitmək, yaxud tamamilə pozmaq cəhdləri daha aydın görünməyə başlayır.

Məhz bu kontekstdə Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşrində dərc olunan məqalə keçmiş Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Luis Moreno Okampo ətrafında yaranan qalmaqalları və onun regionla bağlı fəaliyyətini təhlil edərək, sülh prosesinə mane olmaq istəyən qüvvələrin fəaliyyətinə işıq salır.

“Daily Express”də dərc olunan məqalə göstərir ki, Okamponun timsalında ortaya çıxan qalmaqallar təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Bu hadisələr sülh prosesini zəiflətmək istəyən dairələrin fəaliyyət mexanizmlərini də üzə çıxarır. Məqalənin əsas mesajı ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün regiondakı proseslərə kənardan müdaxilə cəhdləri və siyasi manipulyasiyalar obyektiv şəkildə qiymətləndirilməlidir.

Report

Paylaş:
Digər xəbərlər

Dünya

3-04-2026, 09:01

“Altı dəfə Şahdağda olmuşam” - Litva səfiri ilə müsahibə

Siyasət

6-05-2026, 08:04

Strateji maraqlar “qətnamə marafonu”na qarşı

Gündəm / Siyasət

22-05-2026, 16:12

“Düşünür ki, deputatsansa, qanunsuz işləri də görə bilərsən”

Mədəniyyət

13-04-2026, 10:58

“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov

Gündəm / Siyasət

11-05-2026, 17:26

Bu gün Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycandır

Araşdırma
ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
Hadisə
10-09-2026, 10:41
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
4-09-2026, 12:08
Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
3-09-2026, 13:42
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
2-09-2026, 12:59
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
2-09-2026, 12:07
Əvvəl bacısını, sonra özünü bıçaqladı
Son xəbərlər
  • Сегодня, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • Сегодня, 11:48
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • Сегодня, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • Сегодня, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • Сегодня, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • Сегодня, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • Сегодня, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • Сегодня, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Сегодня, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • Сегодня, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • Вчера, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • Вчера, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • Вчера, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • Вчера, 11:08
    FHN təlim keçirdi
  • Вчера, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • Вчера, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Вчера, 10:46
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • Вчера, 10:38
    Nazirdən daha bir təyinat
  • Вчера, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:50
    Merkuri 10 kilometrdən çox kiçilib
  • 11-09-2026, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • 11-09-2026, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • 11-09-2026, 09:31
    Putin Hindistandadır - Video
  • 11-09-2026, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:41
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:07
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İfadə Cəfərzadə
  • Tel: (+994 50) 443 25 26
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Kanaltv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə